Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək. Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək. Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib. *** UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu start götürüb. Qarşılaşma Darius və Girenas stadionunda keçirilir. *** UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda hesab açılıb. Matçda ilk qolu meydan sahibləri vurub - 1:0 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. *** Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1. 14-cü dəqiqədə Mahir Emreli fərqlənib.





















