"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. Mediaxeberleri.Az xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub. Süjetdə qeyd edilir ki, "bir millət, iki dövlət" anlayışından narahat olan dairələr sosial mediadan istifadə etməklə Türkiyə-Azərbaycan münasibətlərinə qarşı sistemli dezinformasiya kampaniyası aparırlar. Bildirilir ki, bəzi hesablar saxta ad və şəkillərdən istifadə edir, müxtəlif əsassız iddialar, dəyişdirilmiş görüntülər və təhqiramiz ifadələr yayırlar. Süjetdə bu cür paylaşımların xüsusilə BMT Baş Assambleyasında ekrana çıxarılan bir görüntüdən sonra geniş yayıldığı və Azərbaycanın milli kimliyinin, eləcə də Türkiyə ilə qardaşlıq münasibətlərinin hədəf alındığı vurğulanır. Daha ətraflı videosüjetdə:





















