Alimlər təsdiqlədi: Gündə 3 stəkan için, cavanlaşın
Çay qocalıqla mübarizə aparır və gündə üç stəkan müntəzəm çay içmək bioloji yaşı azalda bilər. Mediaxeberleri.AZ xəbər verir ki, bu qənaətə Çin alimləri gəlib. Tədqiqatın nəticələri "The Lancet Regional Health - Western Pacific" jurnalında dərc olunub. Tədqiqatçılar araşdırmaya cəlb edilən insanların hansı çaya üstünlük verdiklərini və onu nə qədər tez-tez içdiklərini öyrənmək üçün sorğu keçiriblər. Daha sonra alimlər iki il ərzində könüllüləri müşahidə edib, onların bioloji yaşı haqqında məlumat toplayıblar. Tədqiqatda Böyük Britaniyadan 37-73 yaş arası 5998, Çindən isə 30-79 yaş arası 7931 nəfər iştirak edib. Tədqiqatın aparıcı müəlliflərindən biri Yi Xiang qeyd edib ki, gündə təxminən üç stəkan çay içmək və ya altı-yeddi qram çay yarpağı dəmləmək cavanlaşdırıcı təsir göstərə bilər. O, bioloji yaşın gəncləşməsini çayın tərkibində müxtəlif maddələrin və aktiv birləşmələrin olması ilə bağlı ola biləcəyini irəli sürüb. Yi Xiang qeyd edib ki, ən böyük effekt müntəzəm və qədərində çay içən iştirakçılarda müşahidə olunub. O, spirtli içkilərdən imtinanın da müsbət təsirlərinin olduğunu vurğulayıb.