Seçkilərdə "exit-poll” üçün müraciət edən təşkilatlar...
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: