Dünən həbs edilən jurnalist azadlığa buraxıldı
Jurnalist Şahin Rzayev azadlığa buraxılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib. “Azadlıqdayam. Dəstəyiniz üçün təşəkkürlər. İndi dincəlim, sonra daha ətraflı yazaram”,- jurnalist yazıb. Qeyd edək ki, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinərək ötən gün həbs edilib. Məhkəmə onun barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.
Oxunub: 485
Xəbəri paylaş
Paylaş: