O, həyatı boyu bircə dəfə evləndi və... - Könüllərdə yuva quran "Çalıkuşu" danışdı
"Çalkuşu" serialında canlandırdığı Fəridə obrazı ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük populyarlıq və sevgi qazanan aktrisa Aydan Şener ilk dəfə şəxsi həyatından söz açıb. Mediaxeberleri.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Kanal D-də yayımlanan "Üç Kız Kardeş" layihəsində rol alan 60 yaşlı əfsanəvi aktrisa Gökay Kalaycıoğlunun yutubdakı "360 Dərəcə" verilişinə qonaq olub. Ömrü boyu yalnız Ayhan Akbidinlə evli olan Şener ilk dəfə evliliyinin niyə bitdiyini də açıqlayıb. İnsanlara qarşı məsafəli olduğunu vurğulayan Aydan Şener evlilik və boşanma qərarı ilə bağlı bunları deyib: ""Çalıkuşu" çəkildiyi zaman evli idim. Anlaşa bilmədiyimiz üçün bitdi. Böyük bir şöhrət əldə etdikdən və təkliflər gəlməyə başladıqdan sonra xırda qısqanclıqlar yarandı. Ayhanın idman bacarığından irəli gələn bəzi vərdişləri var idi. Biz evlənəndə çox gənc idi. Vərdişlərindən asanlıqla qopa bilmirdi. Qadın düşkünü deməzdim, amma evini sevən adam deyildi. Dostları ilə birlikdə olmağı və səyahət etməyi daha çox sevirdi və mən məşğul olduğum üçün onunla ayaqlaşa bilmirdim", - kino ulduzu dmüsahibədə deyib. Şener "Aldatıldınmı" sualına da cavab verib: "Əlbəttə... Bilmirəm ərim məni aldatdı, ya yox, amma sonra oldu. Xəyanətə məruz qalmayan qadın yoxdur". Qeyd edək ki, "Çalıkuşu"nun üstündən illər keçsə də, aktrisa hələ də cazibədarlığı ilə izləyiciləri ovsunlamağa davam edir. O, Fəridə obrazı ilə tamaşaçıların qəlbində sarsılmaz bir taxt qura bilib.