Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib. İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib. Rusiyanın Orenburq vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlıların şəxsiyyəti məlum olub. Onlar Elməddin Abışov və Rasət Ocaqverdiyevdir. Onların əslən Bərdə rayonundan olduğu bildirilir. Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar./oxu.az





















