"WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb. Bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidentinin adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir. "MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - deyə açıqlamada vurğulanıb.

Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















