Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
Noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) sökülərək yenidən inşasına başlanılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, tikinti işləri ilə əlaqədar qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















