Bu, hesabat yox, küçədən yığılmış məlumatlardır - Səyavuş Heydərov
ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izləri görünür. Mediaxeberleri.AZ xəbər ki, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, dünyada dinlər siyasi imperialist maraqlar üçün alətə çevrilir, inancların istismar prosesi gedir: "Bu gün Azərbaycanda dini mühit olduqca sabit və şəffafdır. Ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədədir. Vətən müharibəsində bu birlik daha da möhkəmləndi. Çünki ölkəmizdə dini etiqad azadlığı sıx dayaqlara əsaslanır. ABŞ Dövlət Departamentinin yaydığı məlumatları hesabat adlandırmazdım. Yalnız və qərəzli məlumatlara əsaslanan söz toplusudur. Mən buna küçədən yığılmış məlumat deyərdim. Bu gün Azərbaycan din azadlığının təminatı təkcə dindar kəsimin azadlığı deyil, həm də milli təhlükəsizliyin tərkib hissəsidir", - o bildirib. Səyavuş Heydərov vurğulayıb ki, bu gün insan hüquqları, dini azadlıqlar meyarları bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrilir: "Bunun fərqindəyik və fəsadları önləyirik. Gözləmirik ki, fəlakət baş versin, sonra addım ataq. Qabaqlayıcı tədbirlər həyata keçiririk, bütün strukturlar ayaqüstədir".