Abşeronda 15 yaşlı qızın eyvandan yıxılma hadisəsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO
Abşeron rayonunda 15 yaşlı qız eyvandan yıxılaraq ağır xəsarətlər alıb. Hadisə Masazır qəsəbəsində baş verib. Ayan Aslanovanın atası Ramiz Aslanov iddia edir ki, əraziyə çağırılan Təcili Tibbi Yardım avtomobili hadisə yerinə gəlməyib. Övladının çoxlu qan itirdiyini görən ata qızını fərdi avtomobillə xəstəxanaya aparmaq məcburiyyətində qalıb. Ailənin qonşusu Nərmin Dadaşova iddia edir ki o da hadisədən xəbər tutan kimi dərhal aidiyyəti üzrə Təcili Tibbi Yardım avtomobili üçün müraciət edib. Amma onun da zəngləri nəticəsiz qalıb. Hadisə barədə TƏBİB-dən “Xəzər Xəbər”ə münasibət bildirilib. Daha ətraflı videomaterialı təqdim edirik: 21:04 Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında yerləşən fərdi yaşayış evlərinin birində 14 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində ikinci mərtəbədən yıxılıb. Hadisə şahidinin sözlərinə görə, təcili tibbi yardımla əlaqə saxlasa da, köməyə gələn olmayıb: “Uşağın vəziyyəti pis idi, ayaqları sınmışdı, qanın içində idi. Təcili yardımla əlaqə saxladım. Təəssüf ki, heç kim gəlmədi. Heç kim bizim zənglərimizə cavab vermədi. Uşaq ağrı içində idi, qan itirirdi. Ona görə də məcbur qalıb taxtanın üzərinə qoyduq, qonşuların köməyi ilə yaralını xəstəxanaya çatdırdıq”. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.