Bu tikililər söküldü - Video
Göygöl rayonunun Yeni Qızılca və Şabran rayonunun Şahnəzərli kəndləri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Bu barədə Mediaxeberleri.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililəri söküb.
Oxunub: 577
Xəbəri paylaş
Paylaş: