Mediaxeberleri.az
    
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Son xəbərlər :
  • Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
  • Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
  • ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
  • XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • Həbsdə olan vəkillər azadlığa buraxıldılar
  • Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
  • Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
  • Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
  • Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
  • Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
  • Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
  • “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
  • Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
  • Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
  • İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
  • Həkimi döydü, xadimənin sümüyünü sındırdı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sinif otaqlarında smartfonların istifadəsi ilə bağlı TƏKLİF: Maarifləndirmək yoxsa qadağa etmək? - FOTO

  • Tarix: 24-12-2023, 11:07

“Şagird və tələbələrin sinifdə və evdə telefon, planşet, noutbuk və sairə kimi texnologiya vasitələrindən həddən artıq və qeyri-münasib istifadə etməsi diqqəti yayındırır, öyrənməyə zərərli təsir göstərir”. UNESCO-nun “Global Education Monitor” hesabatının 2023-cü il üçün buraxılışında tövsiyə olunur ki, təhsili yaxşılaşdırmaq və uşaqları onlayn zorakılıqdan qorumaq məqsədilə bütün dünyada sinif otaqlarında smartfonlar qadağan edilməlidir. “Uşaqların ekran qarşısında çox vaxt keçirməsi onların emosional sabitliyinə mənfi təsir göstərir”, - deyə buraxılışda bildirilib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sözügedən təşkilatın baş direktoru Audrey Azouley bildirib ki, rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun cəmiyyətdə necə tənzimlənməsi ilə bağlı xəbərdarlıqlar edildiyi kimi, təhsildə istifadə üsuluna da eyni diqqət yetirilməlidir.

UNESCO-nun məlumatına görə, artıq dünyada hər dörd ölkədən birində məktəblərdə smartfonların istifadəsi qadağan edilib. Çində rəqəmsal cihazların tədris aləti kimi istifadəsi məhdudlaşdırılıb və orada şagird və tələbələrə müntəzəm olaraq ekran fasilələri verilir. Finlandiyada da sinif otaqlarında telefonlardan istifadəni qadağan edib. İtaliyada 2023-cü ilin dekabr ayından məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulub. Türkiyədə qanuna əsasən, mobil telefonlar, kameralar, planşetlər, kompüterlər, smart saatlar və bu kimi cihazlar məlumat vasitəsi kimi müəyyən edilir və dərs zamanı istifadəsinə icazə verilmir. Tənəffüs vaxtı telefondan istifadə edib-etməmək qərarı məktəb rəhbərliyinə həvalə edilir. 

Rusiya məktəblərində də mobil telefonlardan istifadə  qanunla tənzimlənəcək. Dövlət Dumasının deputatları bununla bağlı qanun layihəsi hazırlayıblar. Keçirilən sorğu nəticəsində respondentlərin 85%-i uşaqların sinifdə telefondan istifadə etməsini zərərli hesab edib. 

Bizim ölkəmizdə də problem daim müxtəlif kontekstlərdə gündəmə gəlir. Amma hələlik məktəblərdə mobil telefondan istifadənin tamamilə qadağan olunması və ya məhdudlaşması ilə bağlı hər hansı qərar yoxdur. Son günlər bəzi onlayn resurslarda ölkənin ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılmaqdadır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə yayılan xəbərin reallığı əks etdirmədiyini bildirir. Belə ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin pilot olaraq 300 məktəbində tətbiq edilən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na görə şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir:

“Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır”.

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov məktəbli uşaqların mobil telefondan istifadə etməsinə narahatlıq yaradan hal kimi yanaşıb:

“Bilmirəm, bu problemi qərarlar və ya qanunlarla həll etmək mümkündürmü? Ümumiyyətlə, sosial şəbəkələr indi dünyada bir problem kimi baxılmalıdır. Bu platformalara müəyyən nəzarət zəruridir”.

Professor hesab edib ki, əsas nəticəyə tərbiyə və biliklərlə nail olmaq mümkündür:

“Bunun üçün müəyyən dərslər keçmək olar: sosial şəbəkələr nədir, hansı tərəfləri var? İnternet necə inkişaf üçün istifadə edilə bilər? Bildiyim qədər belə dərslər yoxdur. Məktəblilər arasında telefonu, interneti qadağan etməklə problem həll olunmayacaq, əksinə, daha da cəlbedici olacaq. Bu kimi problemləri maarfiləndirməklə həll etmək mümkündür. Uzun müddət ərzində qərbdə gənclər arasında seks və narkotik böyük problem idi. Bu problemə yanaşma üçün xüsusi maarifləndirici dərslər keçirlər. Bu, müəyyən müsbət nəticə verir. İnternet, sosial şəbəkələr və mobil telefonlar da oxşar problemdir. Fikrimcə, maarifləndirmək daha yaxşı nəticə verər”.

İnternet Texnologiyaları üzrə (İT) mütəxəssis Tural Mustafayev bildirib ki şagirdlərin mobil telefondan istifadəsinin məhdudlaşdırılması vacibdir:

“Hətta ABŞ və Avropa şirkətlərinin bəzilərində əməkdaşların mobil telefondan istifadəsinin məhdudlaşdırılmsı təcrübəsi var. İş yerinin girişində işçilərin telefonları yığılır. Bu baxımdan, məktəblərdə şagirdlərin də mobil telefonlardan istifadəsinə qadağa qoymaq mümkündür. Çünki məktəblilər “TikTok”, “Instagram” kimi platformalara, bloqerlərə, video çəkib populyarlaşmaq istəyən adamlara fərqli gözlə baxırlar. Şagirdlər məktəbin dəhlizlərində və həyətində toplaşanda müəyyən qeyri-etik, məktəb nizam-intizamına uyğun gəlməyən videoları izləyirlər. Təcrübələr göstərir ki, indiyə qədər məktəblilər tərəfindən çəkilən videoların bir çoxu qeyri-etikdir. Üstəlik bu, videosu çəkilən uşaqların nüfuzuna da təsir göstərir”.

Mütəxəssisin fikrincə, müəllimin sinifdə hər şagirdə ayrı-ayrılıqda nəzarət etməsi çətindir:

“Mən məktəbin girişində telefonların mühafizəçilər tərəfindən yığılmasının tərəfdarıyam. Məsələ uşaqları zərərverici kontentlərdən uzaqlaşdırmaq, şagirdlər tərəfindən məktəbə aidiyyəti olmayan kontentlərin yaradılmasının qarşısını almaqdır. Bu qadağa şagirdlərin heç bir formada texnologiyaya olan əlçatanlığının qarşısını almır. Çünki məktəblərdə informatika dərsi keçirilir. İnformatikaya çıxış əldə etmək istəyən, rəqəmsal dünya ilə əlaqəsini kəsmək istəməyən uşaq onsuz da evdə olduğu müddətdə kompüterdən istifadə edəcək. Amma bu, uşaqlara toplu şəkildə təhsil verildiyi yerdə olmamalıdır. Çünki 3-5 uşağın dərsə telefon gətirməsi yanındakı şagirdin də diqqətini alır. Bunun qarşısını almaq istəyənlərə də texnologiya düşməni kimi baxmaqları qəribə görünür”. 

Azərbaycan Dövlət Pedaqoji Universitetin Pedaqoji-psixologiya kafedrasının müəllimi Yaqut Ağasiyevanın fikirləri bir qədər fərqlidir:

“Telefonu tamamilə məhdudlaşdırmaq mümkün deyil. Düzdür, şagirdlər mobil telefonları məktəbə aparırlar, problemlər də bundan yaranır. Fikrimcə, əgər müəllimlər dərsləri düzgün qursalar, interaktiv dərslərdən istifadə etsələr, onda uşaqlar dərsə cəlb olunar və onların telefona diqqəti məhdudlaşar. Evlərdə isə buna əməl etmək valideynlərdən asılıdır. Mən özüm də valideynəm. Uşaqlar bəzən telefondan tapşırıqların həlli üçün istifadə edir, axtarış aparırlar. Həmişə deyirəm ki, tələbələrin, məktəblilərin və azyaşlıların asudə vaxtları düzgün təşkil olunsa, onlar telefona bu qədər meyl etməyəcəklər”.


Oxunub: 594
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    Dünən, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    Dünən, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    Dünən, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    Dünən, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Dünən, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    Dünən, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    Dünən, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Dünən, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    Dünən, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    Dünən, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    Dünən, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    Dünən, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    Dünən, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Dünən, 22:09 | Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
    Dünən, 20:41 | “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
    Dünən, 19:13 | Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
    Dünən, 19:10 | Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
    Dünən, 19:07 | İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 19:05 | Həkimi döydü, xadimənin sümüyünü sındırdı
    Dünən, 18:26 | İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    Dünən, 16:49 | Çia toxumu ilə bağlı bilmədikləriniz
    Dünən, 16:45 | Əmək pensiyası ilə bağlı bu qayda dəyişdi
    Dünən, 16:43 | Hərbçilərin maaşı artırılır
    Dünən, 14:56 | "Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
    Dünən, 14:15 | Elman Rüstəmov "Platin" şadlıq sarayını satdı
    Dünən, 14:13 | Biləsuvara qonaq gedən Cəlilabad sakinləri zəhərləndi - Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB
    Dünən, 14:12 | Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
    Dünən, 14:08 | Ombudsmanın maaşı 4 dəfə artırıldı: 12 min manat olacaq
    Dünən, 08:40 | İspaniya - Xorvatiya matçında beş qol vuruldu
    Dünən, 08:18 | Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
    Dünən, 08:13 | Çindən dronlarla bağlı DÜNYA REKORDU
    Dünən, 08:05 | Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
    Dünən, 08:02 | Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
    Dünən, 07:58 | Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
    Dünən, 07:53 | EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
    Dünən, 07:50 | Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
    Dünən, 07:11 | İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
    Dünən, 07:09 | Kartof və pomidor xərçəng yaradır?
    Dünən, 07:07 | Biləsuvarda kütləvi zəhərlənmə...
    Dünən, 07:01 | Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
    29-09-2026, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    29-09-2026, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    29-09-2026, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    29-09-2026, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    29-09-2026, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    29-09-2026, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    29-09-2026, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    29-09-2026, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    29-09-2026, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.