Sağlam və gec qocalmağın sirri
Amerika Təqaüdçülər Assosiasiyasının ekspertlərinin fikrincə, yaxşı yuxu, adekvat sosiallaşma, hobbi və düzgün qidalanma sağlamlığa çox böyük təsir edir tez qocalmağın qarşısını alır. Mediaxeberleri.AZ xəbər verir ki, "Daily Mail" bu mövzuda maraqlı araşdırma təqdim edib. Çoxsaylı araşdırmalar tənhalığın depressiya, diabet və insult üçün səbəb ola biləcəyini göstərib. Dostlar və ailə ilə müntəzəm qarşılıqlı əlaqə, həmçinin sosial tədbirlərdə iştirak və ya könüllülük isə əksinə, bu həyati təhlükəsi olan şərtlərin inkişaf riskini azaldır. Sağlam qocalmanın digər amili də yüksək fiziki fəaliyyətdir. Fiziki fəaliyyətə təkcə məşq deyil, həm də gəzinti, üzgüçülük, bağçılıq və açıq oyunlar daxildir. Düzgün yemək də vacib amillərdən biridir. Bitki mənşəli qidalar, balıq, dəniz məhsulları və pendir istehlakını nəzərdə tutan Aralıq dənizi pəhrizi ömürün uzunluğunu artıra və ağıl aydınlığını qoruya bilər. Bunu Barselona Universitetinin alimlərinin apardığı araşdırmalar təsdiq edib. Aralıq dənizi pəhrizinə sadiq qaldığını göstərən yüksək səviyyəli biomarkerlərə malik olan iştirakçılar çoxlu ət, şəkər və spirt istehlak edən insanlarla müqayisədə idrak performansında daha uzunömürlü və sağlam olurlar.