Xankəndidə nə qədər seçici səs verəcək? - RƏSMİ
Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkilərində Xankəndidə 800-900 seçici səs verəcək. Mediaxeberleri.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: