Mediaxeberleri.az
    
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Son xəbərlər :
  • Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
  • Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
  • ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
  • XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • Həbsdə olan vəkillər azadlığa buraxıldılar
  • Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
  • Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
  • Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
  • Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
  • Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
  • Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
  • “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
  • Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
  • Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
  • İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
  • Həkimi döydü, xadimənin sümüyünü sındırdı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dərman bazarında ciddi problem: Yeni qərar niyə işləmir?

  • Tarix: 16-12-2023, 18:40

Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur.

Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?

Bəzi dərmanlar ucuzlaşıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: “Dərman vasitələri haqqında” qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi. Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda qiymətlərdə ucuzlaşmanı müşahidə edirik”.



Tapılmayan dərman problemimiz aradan qalxıb

Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz aradan qalxıb: “8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha da azalmasına gətirib çıxaracaq”.

Topdansatış şirkətlərinə qadağa tətbiq edilsin

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə, apteklərə ziyan verəcək: “Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar. Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki apteklərin maliyyə imkanları eyni deyil”.



Qiymətlərin liberallaşması vacibdir

Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: “Qiymətlər arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması vacibdir”.

“İnsanların qiyməti bilməyə ixtiyarı var”

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən haqqını tələb etməlidir: “Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından istifadə etməlidir”.



Qərar var, amma tətbiq edilmir

Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər əsasında satış edilir.


Oxunub: 1 064
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    Dünən, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    Dünən, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    Dünən, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    Dünən, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Dünən, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    Dünən, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    Dünən, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Dünən, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    Dünən, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    Dünən, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    Dünən, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    Dünən, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    Dünən, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Dünən, 22:09 | Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
    Dünən, 20:41 | “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
    Dünən, 19:13 | Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
    Dünən, 19:10 | Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
    Dünən, 19:07 | İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 19:05 | Həkimi döydü, xadimənin sümüyünü sındırdı
    Dünən, 18:26 | İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    Dünən, 16:49 | Çia toxumu ilə bağlı bilmədikləriniz
    Dünən, 16:45 | Əmək pensiyası ilə bağlı bu qayda dəyişdi
    Dünən, 16:43 | Hərbçilərin maaşı artırılır
    Dünən, 14:56 | "Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
    Dünən, 14:15 | Elman Rüstəmov "Platin" şadlıq sarayını satdı
    Dünən, 14:13 | Biləsuvara qonaq gedən Cəlilabad sakinləri zəhərləndi - Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB
    Dünən, 14:12 | Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
    Dünən, 14:08 | Ombudsmanın maaşı 4 dəfə artırıldı: 12 min manat olacaq
    Dünən, 08:40 | İspaniya - Xorvatiya matçında beş qol vuruldu
    Dünən, 08:18 | Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
    Dünən, 08:13 | Çindən dronlarla bağlı DÜNYA REKORDU
    Dünən, 08:05 | Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
    Dünən, 08:02 | Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
    Dünən, 07:58 | Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
    Dünən, 07:53 | EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
    Dünən, 07:50 | Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
    Dünən, 07:11 | İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
    Dünən, 07:09 | Kartof və pomidor xərçəng yaradır?
    Dünən, 07:07 | Biləsuvarda kütləvi zəhərlənmə...
    Dünən, 07:01 | Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
    29-09-2026, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    29-09-2026, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    29-09-2026, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    29-09-2026, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    29-09-2026, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    29-09-2026, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    29-09-2026, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    29-09-2026, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    29-09-2026, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.