Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
  • Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
  • Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
  • Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
  • Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
  • Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
  • ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
  • Qaradağda əsgərləri daşıyan avtobus aşdı
  • Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
  • Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
  • 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
  • “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Universitetlərin nöqsanlarını göstərən “güzgü” - Görün hansılar akkreditasiyadan keçə bilməyib

  • Tarix: 16-12-2023, 17:56

Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsindən keçirilməsi prosesi davam edir. Hazırda 10 ali məktəbdə proses yekunlaşıb. Akkreditasiyadan keçməyən bir neçə universitetin - ATU və BMU-nun fəaliyyəti isə yenidən yoxlanılacaq.

Prosesin yekunlaşdığı ali təhsil müəssisələri Akkreditasiya Şurası tərəfindən növbəti 5 il üçün akkreditə olunub. Nəticələri “qismən uyğundur” və ya “uyğun deyil” hesab edilən təhsil müəssisələrinin isə bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib.

Cəmiyyət üçün maraqlı olan bu prosesin ümumilikdə təhsilin keyfiyyətinə, universitetlərin reytinqinə təsirinin nə dərəcədə olmasıdır.
Qeyd edək ki, ölkəmizdə təhsil müəssisələrinin akkreditasiyasını Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Hələlik bizdə xarici ölkələrdəki kimi bu proseslə məşğul olan özəl agentliklər və təsisatlar formalaşmayıb.

Təhsil müəssisəsi üçün hüquqi təminat

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) sorğumuza verilən cavabda bildirilir ki, akkreditasiya prosesi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş institusional akkreditasiya meyarları - 7 əsas fəaliyyət istiqamətini əhatə edən 30 meyar, 271 indikatordan ibarətdir. Proses “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən həmin meyarlar üzərindən aparılır: “Müstəqil ekspert qrupunun tərkibinə təhsil üzrə yerli və xarici ekspertlər, elmi müəssisələrdən nümayəndələr, ixtisaslaşmış mütəxəssislər, təhsilalanlar və işəgötürənlər cəlb edilir”. Agentlikdən bildirilib ki, proses ali təhsil müəssisəsinin ümumi fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi daşıyır: “Təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunması və onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır”.

Universitetlərin özlərinə nəzarətinin güclənməsi

Millət vəkili Fazil Mustafa hesab edir ki, universitetlər və onların filialları müvafiq tələblərə cavab verməlidirlər: “Bu proses bilavasitə ali məktəblərin reytinqini təyin edir. Tələblərə cavab verən ali məktəblərin problemi olmayacaq və onlar daha çox tələbə qəbul edəcəklər. Prosesin ali məktəblərin fəaliyyətlərini yenidən düzənləmələri baxımından da faydası var. Əks halda, durğunluq içində olan ali məktəblərin problemlər yaşaması qaçılmazdır”.



“Qiymətləndirmədə 100 faiz dəqiq ölçü mümkün deyil”

Akkreditasiyadan keçən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı akkreditasiya qiymətləndirməsinin dünyanın hər yerində 4-5 və ya 7 ildən bir keçirilən proses olduğunu bildirdi: “Ali məktəblərin müəyyən parametrlər, meyarlar və indikatorlara uyğunluq səviyyələri ölçülür. Həmin ölçülər normala yaxın olanda akkreditasiya edirlər. Parametrlər və indikatorlarda kəskin fərqlər olanda akkreditasiyaya “uyğun deyil” rəyi verilir. Təbii ki, prosesdə 100 faiz dəqiq ölçü mümkün deyil”. Professor akkreditasiya qiymətləndirməsinin iki növünün olduğunu bildirir. Belə ki, bütövlükdə ali məktəbin səviyyəsini ölçən ümumi institut akkreditasiyası və ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığının hansı vəziyyətdə olduğunu ölçən proqram qiymətləndirməsi mövcuddur: “Əsasən alı məktəblərin səviyyəsi və keyfiyyətini ortaya çıxarmaq üçün ümumi akkreditasiya keçirilir. Hesab edirəm ki, bizdəki ali məktəblərin əksəriyyəti bu ümumi akkreditasiyadan keçəcək. Amma fərqlərin bir az kəskin olduğu universitetlərlə bağlı problemlər çıxacaq. Onlara vaxt verəcəklər. Mənim proqnozuma görə, Azərbaycandakı ali məktəblərin əksəriyyəti parametrlərə uyğundur. Hərçənd əksinə də ola bilər. Məsələn, bir neçə ali məktəb “uyğun deyil” rəyi ala bilər. Ancaq bunların əksəriyyəti əsasən dövlətin qurduğu ali məktəblər və onların filiallarıdır”. Professor hesab edir ki, regionlarda fəaliyyət göstərən ali məktəblərin filiallarının problemləri daha çoxdur: “Bu da təbiidir. Fikrimcə, zaman keçdikcə onların da qiymətləndirilməsi “uyğun” hesab ediləcək”.



“Bizdəki akkreditasiya xarici ölkələrdəki təcrübə ilə eynidir”

H.İsaxanlıya görə, akkreditasiya ali məktəbin reytinqinə o qədər də təsir etmir: “Akkreditasiya universitetin səviyyəsini yuxarı və aşağı endirməz. Hamısı oturuşmuş ali məktəblərdir. Akkreditasiya ilə universitetlərin səviyyəsini nə kəskin şəkildə yuxarı qaldırmaq, nə də aşağı salmaq olur. Proses universitetlər üçün də maraqlıdır. Akkreditasiya bir növ ali məktəblərin öz işlərini səliqəyə salmaq, nizam-intizam yaratmaları üçün özünə baxışıdır”. H.İsaxanlının sözlərinə görə, bizdəki akkreditasiya prosesi xarici ölkələrdəki təcrübə ilə eynidir: “Bu sahə ilə məşğul olan mütəxəssislər Avropa təcrübəsini öyrənib ölkəmizdə tətbiq edirlər”.

Ali məktəblərin nöqsanlarını görə biləcəyi güzgü

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, akkreditasiya keyfiyyətin təminatı deməkdir:



“Akkreditasiya universitetin hansı keyfiyyətə təminat verməsini ortaya çıxarır və boşluqlar haqqında rəy verir. Akkreditasiya beynəlxalq səviyyədə olduqda isə universitet özünü beynəlxalq səviyyədə isbat etmək və dünyanın hər yerindən tələbə qəbul etmək istəyində olur”. Ekspertin sözlərinə görə, akkreditasiyanın universitetlərin reytinqinə və təhsilin keyfiyyətinə birbaşa təsiri var. Belə ki, Agentliyin xüsusi təlim keçmiş komandası yerli və beynəlxalq standartlara, keyfiyyət təminatı cədvəllərinə əsasən universitetlərdə yoxlamalar aparır: “Bu, universitet üçün öz nöqsanlarını görə biləcəyi bir güzgü olur”. 


Oxunub: 981
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Bu gün, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Bu gün, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Bu gün, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Bu gün, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Bu gün, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Bu gün, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Bu gün, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Bu gün, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Bu gün, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Bu gün, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Bu gün, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Bu gün, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Bu gün, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Bu gün, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Bu gün, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Bu gün, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Bu gün, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Bu gün, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Bu gün, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Bu gün, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Bu gün, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Bu gün, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Bu gün, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Bu gün, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Bu gün, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Bu gün, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Bu gün, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Bu gün, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Bu gün, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Bu gün, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Bu gün, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Dünən, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Dünən, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Dünən, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Dünən, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Dünən, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Dünən, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Dünən, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Dünən, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Dünən, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Dünən, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Dünən, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Dünən, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Dünən, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Dünən, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Dünən, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Dünən, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Dünən, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.