Boşananlara cərimə tətbiq edilsin - Psixoloq
2 hal boşanmaya səbəb ola bilər: ailədə şiddət və xəyanət varsa, o ailə dağılmağa məhkumdur. Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcəkdir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib. “Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır. Boşanmaların sayını azaltmaq üçün təkcə psixoloqların fəaliyyəti yetərli deyildir. Ailə problemləri ilə bağlı fəaliyyət göstərən bütün qurumlar bu məsələdə birgə çalışmalıdır”, - psixoloq bildirib. Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.