"Tədris proqramı və dərsliklər daim yenilənməlidir"
Tədris edilən proqram və dərsliklər daim yenilənməlidir. Mediaxeberleri.AZ xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq düzgün deyil: "Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir. Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməli, tədris materialları gerçək həyata yaxınlaşdırılmalıdır. Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi təmin edilməlidir".
Oxunub: 660
Xəbəri paylaş
Paylaş: