Məşhur yazıçının arvadı intihar etdi
2020-ci il mart ayının 8-də Atlantada yaşayan 39 yaşlı məşhur yazıçı Molli Brodak intihar edərək əri, yazıçı Bleyk Batleri şoka salıb. Mollinin ölümündən sonra, əri onun haqqında elə bir sirr öyrənib ki, dərdi yadından çıxıb. Mediaxeberleri.Az lent.az-a istinadən bildirir ki, əri arvadının ikili həyat yaşadığını yalnız onun intiharından sonra öyrənib. Molli Bleykə ərə gələnə qədər soyğun faktına görə həbsə düşüb, narkotiklərə qurşanıb, bipolyar pozğunluqdan əziyyət çəkib. Onlar həbsxanda tanış olunlar. Lakin bütün bunlar Bleykin onu sevməsinə mane olmayıb. Sən demə, cütlük evləndikdən sonra da Molli pis vərdişlərindən geri qalmayıb, ərinə dəfələrlə xəyanət edib. Mollinin arxivindən çoxlu sayda öz iştirakı ilə porno filmlər, tələbələri ilə intim yazışmalr aşkarlayan Blek Batler çaşqınlıq içində qalıb. Anlayıb ki, 2017-ci ildən 2020-ci ilə qədər evli olduğu qadını əsla tanıya bilməyib. "Aldadıldığımı, onun həyatının qaranlıq tərəflərini görəndən sonra sanki içimə yüngüllük çökdü, ölümünün acısını unutdum. O məni yalan bir dünyada yaşamağa, buna inanmağa məcbur edibmiş", - yazıçı bildirib. O indi "Molli" adlı kitab üzərində işləyir.