Bakı metrosunda sərnişin faciəli şəkildə ÖLDÜ
Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb. Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib. Yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin.
Oxunub: 384
Xəbəri paylaş
Paylaş: