İnfarktdan qoruyan 6 qida
Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq? Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq həkim Mixail Qinzburq əsasən damar tutan qidalardan uzaq durmağın vacibliyini vurğulayıb. “Damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Ürək-damar sisteminin ömrünü uzatmaq üçün 6 qrup qidaları qəbul etmək lazımdır: - Balıq, balıq yağı – yağlı növ - Zeytun yağı, günəbaxan yağı - Paxlalılar, mərci - Qatıq, kefir, yoqurt - Tərəvəz, meyvə - Soğan, sarımsaq, sarıkök, istiot. Eləcə də ürəkdə sərbəst radikalları nar zərərsizləşdirir", - o bildirib.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: