“Vosmoy” bazarında bu məhsullarının satışı qadağan edildi - VİDEO
8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib. Mediaxeberleri.AZ xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib. AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkar olunduğu üçün həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib. Daha ətraflı videomaterialda:
Oxunub: 640
Xəbəri paylaş
Paylaş: