Bu rayonlarda icra başçıları vəzifələrindən azad olunublar - SİYAHI
Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub. Mediaxeberleri.Az xəbər verir ki, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qasım Məmmədov və hüquq şöbəsinin müdiri Emin İmanov işdən çıxarılıblar. Eyni zamanda Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səftər Abdullayev və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyev vəzifədən azad olunublar. Digər əmrlə onların yerinə müvafiq olaraq Suliddin Kərimov və Vüqar Hüseynov təyin ediliblər(Report). Bundan başqa, Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadə, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev də vəzifələrindən azad olunublar.