Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur. Məlumata görə, əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















