Millət vəkilləri tərəfindən qaldırılan məsələlər... - Əli Əsədov açıqladı
Ötən il millət vəkilləri tərəfindən qaldırılan məsələlər öz həllini tapıb. Mediaxeberleri.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib. O qeyd edib ki, Prezident İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb: “Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi ərazi bütövlüyümüzün bərpası idi. Bu ilin sentyabrın 19-20-də keçirilən bir günlük antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası ilə başa çatıb. Baş nazir vurğulayıb ki, 2024-cü il dövlət büdcəsində orta müddət üçün əsas çağırışlar və hədəflər nəzərə alınıb: "Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Böyük Qayıdış konsepsiyasının icrası uğurla davam edir. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı təmin edilir".