Görün kişilər xanımlarından nələri gizlədir
"Reddit" istifadəçisi olan bəylər həyat yoldaşlarından gizlətdikləri gülməli məişət vərdişlərindən danışıblar. Publika.az xəbər verir ki, onlar öz sirlərini "AskReddit" bölməsində paylaşıblar. İstifadəçilərdən biri etiraf edib ki, həyat yoldaşı ilə birlikdə izləməyi xoşladığı serialların 90 faizi əslində onun üçün maraqlı deyil. Bunu sadəcə onun xətri xoş olsun deyə edir. Başqa biri isə yazır ki, o, ədviyyatlı yeməkləri sevir, amma həyat yoldaşı əvvəllər hətta az bibərli yeməyə belə dözə bilmirdi. Bir neçə ay ərzində o, yemək bişirərkən gizli şəkildə yeməklərə çili bibəri qatıb, onun miqdarını tədricən artırıb ki, xanımı ədviyyata alışsın. Başqa bir ər etiraf etdi ki, arvadı yemək bişirərək onu gizli şəkildə videoya çəkir. Onun sözlərinə görə, həyat yoldaşı bu işi görərkən gözəl görünür: “O, yemək bişirməyi sevir: rəqs edir və oxuyur. O, çox yaxşıdır. Bəzən o qəmgin olanda mən özümü xəstə kimi göstərirəm və ondan balqabaq şorbası hazırlamağı xahiş edirəm. Bundan sonra o, sanki pərvazlanır. Şorbanı bişirir və əhvalı yaxşılaşır. Bütün videoları saxlamışam və ümid edirəm ki, qocalanda birlikdə baxacağıq”. Qeyd edək ki, "Reddit" forumunda tez-tez fərqli mövuzlar haqqında müxtəlif şərhlər və fikirlər yazılır.