Pensiyaların verilməsi niyə gecikir? - Bu tarixdə...
Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir. Mediaxeberleri.Az xəbər verir ki, b barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub. Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib. Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur: "Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur".