Altı yaşlı Leylanın yardıma ehtiyacı var: Müalicə üçün imkanları çatmır - FOTO
Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Minirə Mikayılova məlumat yayıb. O bildirib ki, övladı oktyabrın 30-u yaşadıqları evdə yanıb. “Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə bədəninin demək olar bütün hissəsi yanıb. Hadisə baş verən gün Bakıdaki xəstəxanalardan birinə yollandıq. Orda müalicə alsaq da, imkanımız olmadığı üçün müalicəni yarım qoyub çıxmalı olduq. Hazırda Leylanın müalicələrini davam etdirmək üçün 1 000 manata ehtiyacı var” Ailə ilə əlaqə: (055) 420-21-53 Kart: 5243 7544 4045 5614
Oxunub: 646
Xəbəri paylaş
Paylaş: