İşə düzəltmək adı ilə dörd min manatını mənimsədilər - VİDEO
10 manat qarşılığında 30, 70 manat qarşılığında isə 120 manat pul ödəyiblər. Mediaxeberleri.Az xəbər verir ki, Şamaxı sakinini fırıdlaqçı sosial şəbəkə vasitəsi ilə aldadaraq pullarını mənimsəyib. Zərərçəkmiş Yunis Quliyev deyir ki, “WhatsApp”da tanımadığı bir nəfər ona iş təkilifi edib. Fırıldaqçı əvvəlcə “Telegram” hesabından ona video göndərib. Ardınca qeyd edib ki, həmin videoları bəyənsin və bunun qarşılığında pul qazansın. 1590 manat ödəniş edən Yunis Quliyevə yenidən sms gəlib ki, siz sistemdə blokdasınız. Təkrar həmin məbləği ödəyin ki, blokdan çıxa biləsiniz. Tanışından borc aldığını deyən Yunis Quliyev yenidən həmin bank hesabına 1590 manat ödəniş edib. Hüquqşünaslar bildirirlər ki, bu, cinayət əməlidir və cinayət məcəlləsində dələduzluq maddəsinə töfsiv edilir. Hüquqşünas Kamandar Hüseynov vətəndaşlara tövsiyə edir ki, bilmədikləri, tanımadıqları heç bir əməliyyata qoşulmasınlar. Əks halda şəxsi məlumatları ilə yanaşı, külli miqdarda ziyana düşə bilərlər. Qeyd edək ki, Yunis Quliyev başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onu aldadan şəxs və ya şəxslərin axtarışları davam etdirilir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: