Azərsun Holdinq tərəfindən şəhid xanımları üçün layihə reallaşdırıb
Hər zaman şəhid ailələrini, qaziləri və vətən muharibəsi iştirakçılarını diqqət mərkəzində saxlayan “Azərsun Holdinq” 8 noyabr- Zəfər günü münasibətilə şəhid xanımları üçün “Zəfərə Zərif” layihəsi keçirib. “Müasir Psixalogiya Mərkəzi” ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə şəhid xanımlar 1 ay ərzində müxtəlif sənəd mərkəzlərində və atelyelərdə təlimlərə cəlb olunub. Xanımlara toxuculuq, rəssamlıq, saxsı qab və keramika üzərində işlərin görülməsi, həmçinin müxtəlif sənət nümunələrinin hazırlanması öyrədilib. Bununla bərabər “Muasir Psixologiya Mərkəzi”nin peşəkar psixoloqları tərəfindən 1 ay ərzində ödənişsiz psixoloji seanslar keçirilib. Layihənin final mərhələsində dövlət xadimləri, Müdafiə nazirliyinin nümayəndələri, hərbiçilər, ziyalılar və digər qonaqların iştirakı ilə Park Bulvar AVM-də şəhid xanımların hazırladıqları əl işlərindən ibarət sərgi təşkil edilib. Çıxış edən şəxslər torpaqlarımızın alınması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad ediblər və tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Sonda “Choco Art” , “Shokki Mokki” , “Final” çay, “Crystalex” və “Pure Sense” tərəfindən şəhid xanımlarına və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.