Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ

Son xəbərlər :
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
  • Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
  • Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
  • Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
  • Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
  • Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
  • Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
  • Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
  • Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
  • Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

  • Tarix: Bu gün, 07:33

Azərbaycan dünyəvi dövlətdir və bu, həm Konstitusiyada əksini tapıb, həm də ölkənin tarixi inkişaf yolunun, siyasi müstəqilliyinin və modernləşmə strategiyasının əsas sütunlarındandır. Dünyəvilik dinə qarşı olmaq demək deyil, əksinə, dünyəvi dövlət hər bir vətəndaşın dini etiqad azadlığını təmin etməklə yanaşı, dövlət institutlarının dini təsirlərdən və məcburiyyətlərdən müstəqilliyini qoruyur. Məhz bu baxımdan orta məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan mübahisəyə yalnız dini azadlıqlar prizmasından yanaşmaq məsələnin mahiyyətini daraltmaq olardı. Burada söhbət daha böyük prinsipdən - dövlətin təhsil siyasətini müəyyənləşdirmək səlahiyyətindən və məktəbin dünyəvi xarakterindən gedir.

Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında əməkdar jurnalist, politoloq Aynur Camal məktəbli forması ətrafında yaranan müzakirələr haqda danışarkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin orta məktəblərlə bağlı qərarı qətiyyən Azərbaycanda hicabın ümumi şəkildə qadağan edilməsi demək deyil:

“Müzakirənin predmeti məktəblərdə tətbiq edilən geyim qaydalarıdır, Azərbaycanda hicabın qadağan edilməsi deyil. Bunlar tamamilə ayrı-ayrı məsələlərdir.

Dini etiqad şəxsin fərdi hüququdur. Məktəb isə ümumi qaydaların, dövlət təhsil standartlarının və bütün şagirdlər üçün bərabər imkanların təmin edildiyi ictimai institutdur. Burada əsas məsələ təhsil müəssisəsinin fəaliyyətinin hansı hüquqi və dünyəvi prinsiplər əsasında təşkil olunmasıdır.

Valideynlərin dini azadlıqlar, fərdi seçim və uşaqların hüquqları ilə bağlı səmimi narahatlıqları ola bilər. Bu narahatlıqlar hüquqi və ictimai müzakirənin legitim predmetidir. Lakin fərqli bir məsələ də var: dini geyimlə bağlı mübahisənin dövlətin dünyəvi təhsil modelinin legitimliyini şübhə altına alan siyasi kampaniyaya çevrilməsi.

Fərdi etiqad azadlığının müdafiəsi ilə dini normaların dövlət institutları üçün məcburi qaydaya çevrilməsi tələbi arasında fundamental fərq mövcuddur. Məhz bu sərhəd qorunmalıdır.

Axı məktəb yalnız bilik verilən məkan deyil. O, gələcək vətəndaşın dünyagörüşünün, ictimai məsuliyyət hissinin və dövlətə münasibətinin formalaşdığı əsas institutlardan biridir. Bu səbəbdən tarix boyu müxtəlif siyasi və ideoloji cərəyanlar vasitəsilə təhsil sisteminə təsir göstərməyə çalışıblar. Çünki təhsil üzərində təsir yalnız bugünkü məktəb mühitinə deyil, gələcək cəmiyyətin düşüncə tərzinə təsir etmək imkanı yaradır. Məktəbin dini, siyasi və ya başqa ideoloji qrupların rəqabət meydanına çevrilməsi isə ciddi risklər doğura bilər”.

Politoloq vurğulayıb ki, Azərbaycanın geosiyasi mövqeyi, yerləşdiyi regionun dini-siyasi xüsusiyyətləri və müxtəlif xarici ideoloji təsir kanallarının mövcudluğu təhsil ətrafında yaranan mübahisələrə daha həssas yanaşmağı tələb edir:

“Müasir dünyada xarici təsir yalnız hərbi və diplomatik vasitələrlə həyata keçirilmir. İdeoloji təsir, informasiya manipulyasiyası, sosial şəbəkələr üzərindən ictimai rəyin istiqamətləndirilməsi də dövlətlərin üzləşdiyi təhlükəsizlik çağırışlarındandır.

Din də bəzi hallarda bu təsir mexanizmlərinin alətinə çevrilə bilir. Ancaq burada mühüm fərq qoyulmalıdır. Hər hansı ictimai etirazın geniş yayılması və emosional xarakter alması onun mütləq xaricdən idarə olunduğunu sübut etmir. Belə bir iddianın əsaslandırılması üçün təşkilati əlaqələr, maliyyələşmə, koordinasiya və informasiya fəaliyyəti ilə bağlı konkret faktlar tələb olunur.

Bununla belə, dini hisslərdən siyasi məqsədlər üçün istifadə edilməsi ehtimalını da əvvəlcədən istisna etmək olmaz. Xüsusilə sosial şəbəkələrdə müzakirənin məzmununun dəyişdirilərək “məktəbli forması” məsələsindən “dövlətin dinə qarşı mübarizəsi” təsəvvürünə keçirilməsi diqqətlə təhlil edilməlidir. Çünki ictimai rəydə belə bir qarşıdurma yaratmaq cəmiyyətin daxilində süni parçalanma üçün əlverişli zəmin formalaşdıra bilər”.

O xatırladıb ki, Azərbaycan üçün əsas təhlükə vətəndaşın dini etiqadı deyil, dinin siyasi təsir və ictimai qütbləşmə vasitəsinə çevrilməsidir:

“Bu mübahisəyə Azərbaycanın maarifçilik tarixi kontekstində baxmaq xüsusilə vacibdir. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər görkəmli ziyalılarımızın mübarizəsinin mərkəzində cəmiyyətin savadlanması, azad düşüncənin inkişafı, qadınların təhsilə cəlb olunması və xurafatın ictimai tərəqqiyə maneələrinin aradan qaldırılması dayanırdı. Onlar yaxşı anlayırdılar ki, xalqın gələcəyi yalnız siyasi hakimiyyətin kimə məxsus olmasından deyil, həm də cəmiyyətin düşüncə səviyyəsindən asılıdır.

Azərbaycan maarifçiliyinin ən böyük tarixi xidmətlərindən biri dini inancı şəxsi mənəvi həyatın bir hissəsi kimi qəbul etməklə, elmin və təhsilin dini ehkamların hökmranlığından azad edilməsinə çalışması idi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bu ideyalar dövlətçilik müstəvisində yeni məzmun qazandı. Müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması, qadınlara seçki hüququnun verilməsi və müasir dövlət institutlarının qurulması təsadüfi hadisələr deyildi. Bunlar onilliklərlə davam edən maarifçilik mübarizəsinin siyasi nəticələri idi.

Bu gün həmin tarixi irsin qorunması yalnız böyük ziyalıların adlarını xatırlamaqla mümkün deyil. Onların müdafiə etdiyi əsas prinsiplər - elmə əsaslanan təhsil, rasional düşüncə, qadınların ictimai həyatda bərabər iştirakı və dünyəvi dövlətçilik - real ictimai münasibətlərdə yaşadılmalıdır. Əks halda, maarifçilik tariximiz sadəcə yubileylərdə xatırlanan mənəvi sərvətə çevrilər.

Hicab ətrafında mübahisələrin ən həssas tərəflərindən biri qadınların və qızların seçim azadlığı məsələsidir. Bir tərəfdən, dini geyimi şəxsi inancının ifadəsi kimi seçən qadının hüquqlarına hörmət edilməlidir. Digər tərəfdən, xüsusilə yetkinlik yaşına çatmayan qızların ailə, dini icma və ya sosial mühit tərəfindən müəyyən geyim və davranış normalarına məcbur edilməsi ehtimalı da diqqətdən kənarda qala bilməz.

Azadlıq yalnız müəyyən geyimi seçmək hüququ deyil, həm də onu seçməmək hüququdur. Əsl seçim azadlığı hər iki imkan mövcud olduqda təmin edilir. Məhz buna görə dövlət məktəblərində qızların təhsildən kənarlaşdırılmaması, onlara psixoloji təzyiq göstərilməməsi, dini mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verilməməsi və təhsil hüququnun qorunması əsas prioritet olmalıdır. Dünyəvi dövlətin gücü yalnız qayda tətbiq etməkdə deyil, bu qaydanı insan hüquqları ilə uzlaşdırmaq bacarığında görünür.

Müasir dünyada dinin dövlət idarəçiliyində həlledici rol oynadığı ölkələrin təcrübəsi mühüm dərslər verir.

Məsələn, Əfqanıstanda Taliban hakimiyyətinin qızların orta və ali təhsilinə tətbiq etdiyi məhdudiyyətlər dini-siyasi idarəetmənin fundamental hüquqlara necə təsir göstərə bildiyinin ən ağır nümunələrindəndir. İranda isə qadınların geyiminə dövlət müdaxiləsi uzun illərdir fərdi azadlıqlar və siyasi hakimiyyət münasibətlərində ciddi qarşıdurma mövzusu olaraq qalır.

Bu nümunələrin Azərbaycanla birbaşa eyniləşdirilməsi düzgün olmazdı. Lakin onlar mühüm bir prinsipi nümayiş etdirir: dini normalar dövlət məcburiyyətinə çevrildikdə, fərdi azadlıqların məhdudlaşdırılması riski artır.

Eyni zamanda, dünyəvi dövlətin özü də vətəndaşın dini kimliyinə əsassız müdaxilə etməməlidir.

Burada müdafiə edilməli olan prinsip aydındır: nə dövlət vətəndaşı dini davranışa məcbur etməli, nə də hər hansı dini qrup öz qaydalarını bütün cəmiyyət üçün məcburi normaya çevirməlidir”.

A.Camal əlavə edib ki, dünyəvi dövlətin müdafiəsi yalnız dövlət orqanlarının vəzifəsi deyil:

“Bu, həm də müasir təhsil modelini, elmi düşüncəni və vətəndaş bərabərliyini dəyər hesab edən ictimai qüvvələrin məsuliyyətidir. Lakin ziyalı mövqeyi insanları dini mənsubiyyətinə görə ittiham etmək üzərində qurulmamalıdır. Əksinə, ziyalı cəmiyyətə izah etməlidir ki, dünyəvilik dindar vətəndaşın da hüquqlarının təminatıdır. Dövlətin hər hansı dini ideologiyanın nəzarətinə keçməməsi məhz müxtəlif inanclara sahib insanların bərabər hüquqlarla yaşamasına şərait yaradır.

Bu baxımdan ictimai müzakirələrdə emosional ittihamların deyil, hüquqi arqumentlərin, tarixi təcrübənin və milli maraqların ön plana çıxarılması vacibdir. Əsl məsələ hicab deyil, dövlətin gələcəyidir...

Hicablı və ya hicabsız olmasından asılı olmayaraq, hər bir qızın keyfiyyətli təhsil almaq, azad düşünmək və gələcəyini özü müəyyənləşdirmək hüququ var.

Bu hüququn təmin edilməsi dünyəvi dövlətin zəifliyi deyil, onun ən böyük üstünlüyüdür.

Azərbaycanın gələcəyi dini inancla dünyəvi dövlət arasında süni düşmənçilik yaratmaqda deyil, inanc azadlığını qoruyaraq dövlət institutlarının dini-siyasi təsirlərdən müstəqilliyini təmin etməkdədir.

Və nəhayət, bir həqiqəti unutmamalıyıq: Azərbaycan maarifçiləri cəhalətlə mübarizəni təsadüfən seçməmişdilər. Onlar bilirdilər ki, savadlı, azad düşünən, öz hüquqlarını tanıyan vətəndaş olmadan güclü dövlət qurmaq mümkün deyil.

Bu gün bizim qarşımızda dayanan vəzifə də həmin tarixi missiyanı davam etdirməkdir”.


Oxunub: 28
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Bu gün, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    Dünən, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    Dünən, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    Dünən, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    Dünən, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    Dünən, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    Dünən, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Dünən, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    Dünən, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    Dünən, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    Dünən, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    Dünən, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    Dünən, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    Dünən, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Dünən, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    Dünən, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    Dünən, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    Dünən, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    Dünən, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    Dünən, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    Dünən, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    Dünən, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    Dünən, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    Dünən, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    Dünən, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    Dünən, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    Dünən, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Dünən, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Dünən, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Dünən, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Dünən, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Dünən, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Dünən, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Dünən, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Dünən, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Dünən, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Dünən, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Dünən, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Dünən, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Dünən, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    8-10-2026, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    8-10-2026, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    8-10-2026, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    8-10-2026, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    8-10-2026, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    8-10-2026, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    8-10-2026, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    8-10-2026, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.