Şuşada Rusiya bayrağı endirildi
Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib. Mediaxeberleri.Az Globalinfo.az-a istinadən xəbər verir ki, sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib: “2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam”.
Oxunub: 1 200
Xəbəri paylaş
Paylaş: