“Turan Tovuz”un müdafiəçiləri milli komandalarına dəvət aldılar
Rekord.az xəbər verir ki, Denis Marandiçi qarşıdakı iki oyun üçün Moldova milli komandasına kömək edəcək. Moldova yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 17 noyabr tarixində evdə Albaniya, üç gün sonra səfərdə Çexiya ilə qarşılaşacaq. Digər müdafiəçi Emmanuel Hakman Toqo millisinə dəvət alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 16 noyabrda səfərdə Sudan, 21 noyabrda isə doğma meydanda Seneqalla oyunlarda Toqo millisinin sərəncamında olacaq.
“Turan Tovuz”un futbolçuları milli komandalarına dəvət alıblar.
Oxunub: 728
Xəbəri paylaş
Paylaş: