"Hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir"
Mən hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib. "Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanıların öz torpaqlarına qayıtmalıdır",- deyə nazir bildirib. Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: