Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
  • Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
  • 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
  • Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
  • Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
  • Azərbaycan Pakistana başsağlığı verdi
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
  • Sabah leysan olacaq
  • Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
  • İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
  • İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
  • Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
  • NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
  • Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
  • Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
  • Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
  • Sabahın hava proqnozu açıqlandı
  • Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
  • Tramp Yəmənə zərbə variantını müzakirə edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Subsidiyalar artırıldı, bəs məhsuldarlıq? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

  • Tarix: 4-11-2023, 19:51

Aqrar Subsidiya Şurası 2024-cü il üçün subsidiya əmsallarını açıqlayıb. Qərara əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılıb. Həmçinin, 2023-cü ilin məhsuluna görə fermerlərin tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə məhsul subsidiyasının 180 manatdan 190 manata, Virciniya sortu üzrə yaş tütünün hər tonuna isə 30 manatdan 34 manata qədər artırılması ilə bağlı qərar qəbul edilib. Bəs subsidiyalar üzrə əmsalların artırılması aqrar sahəyə necə təsir edəcək?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Stimullaşdırma və daxili tələbatın ödənilməsi

Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, ölkədə istehlak olunan düyünün böyük əksəriyyəti idxal hesabına təmin edilir. Çəltiyin istehsalı əsasən daxili tələbatın ödənilməsi baxımından əhəmiyyətlidir:

“Bu baxımdan çəltikçiliyin stimullaşdırılması məqsədilə çəltik əkinlərinə görə verilən əkin subsidiyası 20 manat artırılıb”. Qurumdan bildirilir ki, son illər ölkədə yoncanın əkin sahələrinin azalması müşahidə olunurdu. Bu da heyvandarlıqda yem bazasının məhdudlaşması demək idi. Məhz bu baxımdan yem bitkilərinin əsasını təşkil edən yoncaya görə verilən əkin subsidiyası 20 manat artırılıb. Həmçinin ölkədə yerli istehsal daxili çay istehlakının cüzi hissəsini (təqribən 2 faizini) təşkil edir. Keçən ildə çay plantasiyalarının məhsuldarlığı aşağı, yəni 12.2 s/ha olmuşdu. Bu baxımdan çayçılığın stimullaşdırılması məqsədilə çay plantasiyalarının salınmasına 12 min manat məbləğində əkin subsidiyası veriləcək.

Fermerlərin əkinə olan marağı artır

Qurumdan verilən məlumata görə, pambığın subsidiyasının artırılması da pambıq istehsalında artan xərclərin kompensasiya edilməsi məqsədini daşıyır. Həmçinin, subsidiyanın artırılması fermerlərin əkinə olan marağını artırır, bu da məhsuldarlığa müsbət mənada təsir edir:

“2024-cü ildə ölkədə ənənəvi meyvə bağlarında sudan qənaətlə istifadənin stimullaşdırılması məqsədilə damcı suvarma sistemi tətbiq edilən bağların bir hektarına görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılıb. Damcı ilə suvarma üsulu suvarma suyuna qənaətlə yanaşı, torpağın humus qatının qorunması, gübrələrin suvarma suyunun lokal şəkildə verilməsi, mineral gübrələrdən səmərəli istifadə baxımından da əhəmiyyətlidir. Bu üsuldan istifadə bağların məhsuldarlığının yüksəlməsinə səbəb olur”.

Məhsulların qiyməti stabilləşəcək?

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, kənd təsərrüfatında subsidiyalar əsasən, aqrotexniki gübrə və digər məhsullara aqrotexniki xərcləmələr üçün verilir. Mütəxəssisin sözlərinə görə, bu da məhsuldarlığa müsbət təsir edir:

“Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir. Bəzi məhsullar var ki, onlara verilən subsidiya məbləğləri regionlar üzrə müəyyənləşib. Çünki məhz həmin regionda məhsuldarlığın yüksək olması mümkündür. Buna görə də, o məhsullar ancaq o regionlar üzrə subsidiyalaşdırılır”.

Mütəxəssis bu qərarlardan sonra növbəti ildən məhsuldarlığın artacağını düşünür: “Subsidiyaların artırılması aqrar sahənin inkişafını stimullaşdırır. Ümumi vəziyyəti nəzərə alaraq, növbəti illərdə də kənd təsərrüfatının subsidiyalaşması davam edəcək. 2024-cü ildə də subsidiyaların faydalı sərf olunacağını və məhsuldarlığın artacağını düşünürəm”.

Qeyri-neft sektoru və aqrar sahə

Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndislik” fakültəsinin müəllimi Nahid Əzizli deyir ki, qeyri-neft sektorunda aqrar sahə xüsusi önəm daşıyır. Məhz bu sahəyə olan diqqət yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafına səbəb olacaq:

“Aqrar sahənin inkişafını həmişə diqqətdə saxlayan dövlət başçısı İlham Əliyevin Kənd Təsərrüfatı məhsullarının istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımı göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar sektorun ildən ilə böyüməsinə, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsinə təsir edir. Aqrar sahəyə dövlət dəstəyinin əsas aləti isə aqrar subsidiyalardır. Fermerlərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində dövlət daim dəstək göstərir”.

Subsidiyalardan necə istifadə etməli?

Mütəxəssis vurğulayır ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər:

“Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa imkan verir. Üstəlik, fermerlər onlara ayrılan, amma istifadə etmədikləri vəsaitləri həmin il ərzində aparılan növbəti əkinlər üçün də xərcləyə bilirlər. Subsidiyaların məbləğinin artırılması kənd təsərrüfatı ilə məşğul olan fermerlərin kənd təsərrüfatına olan marağını artırıb. Yaxın gələcəkdə də dövlət dəstəyinin davam etdirilməsi bu sahənin inkişafına təkan verəcək”.


Oxunub: 353
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:50 | İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
    Bu gün, 19:24 | Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
    Bu gün, 19:05 | 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
    Bu gün, 18:40 | Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
    Bu gün, 18:19 | Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
    Bu gün, 18:17 | Azərbaycan Pakistana başsağlığı verdi
    Bu gün, 16:32 | Dövlətçilik tariximizin şanlı salnaməsi
    Bu gün, 15:53 | Sabah leysan olacaq
    Bu gün, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    Bu gün, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    Bu gün, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Bu gün, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    Bu gün, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Bu gün, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    Bu gün, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    Bu gün, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    Bu gün, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    Bu gün, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:51 | Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
    Bu gün, 12:47 | Tramp Yəmənə zərbə variantını müzakirə edib
    Bu gün, 12:44 | “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
    Bu gün, 12:42 | Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
    Bu gün, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Bu gün, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Bu gün, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Bu gün, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Bu gün, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Bu gün, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Bu gün, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Bu gün, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Bu gün, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Bu gün, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Bu gün, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Bu gün, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Bu gün, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:47 | Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
    Bu gün, 09:19 | Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
    Bu gün, 09:11 | "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Dünən, 21:51 | "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
    Dünən, 20:12 | Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
    Dünən, 16:05 | Neftçilər Günü ilə bağlı videoçarx hazırlandı
    Dünən, 16:03 | DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
    Dünən, 16:00 | İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
    Dünən, 15:59 | Saatı bir ev qiymətinədir - Foto
    Dünən, 15:53 | 77 gün əvvəl Həkəridə batan şəxsin meyiti tapıldı
    Dünən, 15:48 | Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var - Zidan
    Dünən, 14:42 | Uzun illər sonra efirə qayıdır
    Dünən, 14:40 | Prezident onları təltif etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.