Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Mediaxeberleri.Az-ın məlumatına görə Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş:





















