Bu il Azərbaycan 238 milyon dollar məbləğində qızıl ixrac edib
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilmiş qeyri-neft sektoru malları arasında qızıl 238 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb. Mediaxeberleri.Az rəsmi statistikaya istinadən xəbər verir ki, siyahıda pomidor (tomat) 157.2 milyon ABŞ dolları ilə ikinci, pambıq lifi isə 134.7 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb. 2025-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl 27.4 milyon dollarla liderliyini qoruyub. Karbamid 17.1 milyon ABŞ dolları ilə ikinci, meşə fındığı isə 12.1 milyon dollar ilə üçüncü yerdə olub.
Oxunub: 434
Xəbəri paylaş
Paylaş:





















