Mediaxeberleri.az
    
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto

Son xəbərlər :
  • Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
  • Sel və daşqın gözlənilir - Xəbərdarlıq
  • Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
  • Ukrayna AB-dən 3.3 milyard avro aldı
  • Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
  • Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
  • İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
  • Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
  • Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
  • Çindən alnan yeni lokomotivlərin sürəti...
  • Rus ordusu bu gün də iki kəndi işğal etdi
  • Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
  • Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
  • Bakıda daha bir mühüm konfrans keçirilir
  • Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
  • Bakının bu ərazilərində qaz olmayacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezident 2 fərman imzaladı

  • Tarix: 4-11-2025, 16:55

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında ASAN Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mediaxeberleri.Az fərmanın mətnini təqdim edir:

1. 2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.2. Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

2.3. Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

2.3.2. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

2.3.3. istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

2.3.4. məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

2.3.5. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

2.3.6. məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

2.3.7. məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

2.3.8. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

2.3.9. bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. altı ay müddətində:

3.1.1. Sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. “Məhkəmə Ekspertizası” informasiya sistemi haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. Sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq Sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

4.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri”, “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” dövlət informasiya ehtiyatlarının Sistemin altsistemləri kimi təşkilini təmin etsin;

4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.


Oxunub: 571
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:24 | Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
    Bu gün, 17:11 | Sel və daşqın gözlənilir - Xəbərdarlıq
    Bu gün, 15:22 | Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
    Bu gün, 15:20 | Ukrayna AB-dən 3.3 milyard avro aldı
    Bu gün, 15:19 | Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
    Bu gün, 15:17 | Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
    Bu gün, 15:14 | İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
    Bu gün, 15:12 | Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
    Bu gün, 15:08 | Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
    Bu gün, 14:49 | Çindən alnan yeni lokomotivlərin sürəti...
    Bu gün, 14:47 | Rus ordusu bu gün də iki kəndi işğal etdi
    Bu gün, 14:45 | Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
    Bu gün, 14:11 | Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
    Bu gün, 14:04 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Bu gün, 13:59 | Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
    Bu gün, 13:57 | Bakıda daha bir mühüm konfrans keçirilir
    Bu gün, 11:40 | Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
    Bu gün, 11:29 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Bu gün, 07:58 | Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
    Bu gün, 07:57 | Bakının bu ərazilərində qaz olmayacaq
    Bu gün, 07:55 | Bu 7 ərzaq qaraciyəri gücləndirir
    Dünən, 20:10 | İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 20:06 | DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
    Dünən, 20:05 | "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    Dünən, 20:01 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 19:58 | Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
    Dünən, 16:47 | QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
    Dünən, 15:38 | Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
    Dünən, 15:36 | 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
    Dünən, 15:32 | Prezident və xanımı Şamaxıda açılışda...
    Dünən, 15:24 | Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
    Dünən, 15:09 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 15:08 | ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
    Dünən, 14:14 | Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
    Dünən, 14:13 | Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
    Dünən, 14:11 | MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    Dünən, 13:56 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 13:54 | Bakıda dayanacaqlarda insan seli... - Video
    Dünən, 13:07 | "Kontakt Home"un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu - TƏFƏRRÜAT
    Dünən, 13:05 | Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
    Dünən, 13:03 | 35,3 min şəxsə əlillik təyin olundu
    Dünən, 08:14 | Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
    Dünən, 07:57 | Yenə işıq olmayacaq
    Dünən, 07:56 | "Levante" - "Atletik" matçı leysana görə təxirə salındı
    Dünən, 07:54 | Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər
    16-09-2026, 22:53 | Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
    16-09-2026, 22:04 | Meşədə bitən “qırmızı xəzinə” - Payızın ən faydalı meyvələrindən biri
    16-09-2026, 22:02 | Sabah yola çıxanların NƏZƏRİNƏ
    16-09-2026, 22:00 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
    16-09-2026, 21:32 | KƏND MƏKTƏBLƏRİNDƏ KƏSKİN AZALMA, BAKI MƏKTƏBLƏRİ İSƏ... - Demoqrafik disbalans təhsil sisteminə necə təsir edir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.