Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nin həbs etdiyi Mirədalət Talışxanova hökm oxunub
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.

Hökmə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş:





















