İranda neft emalı zavodu yanır
İranın Semnan şəhərində neft emalı zavodunda yanğın baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, hadisə yerinə Semnan və Tehran şəhərlərindən Fövqəladə Hallar Xidməti, Təcili Tibbi Yardım, Qızıl Aypara və polis əməkdaşları cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Xəsarət alanlar barədə hələ məlumat yoxdur.
 
 
Oxunub: 85
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















