Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş:





















