Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 7-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə qurum məlumat paylaşıb. Həmçinin bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Oxunub: 121
Xəbəri paylaş
Paylaş:





















