Bakıya leysan yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib. Qeyd olunub ki, Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
 
 
Oxunub: 80
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















