Bu xanım Premyer Liqanın tarixinə düşdü
Rebekka Uelç İngiltərə Premyer Liqası matçına dördüncü hakim təyin olunan ilk qadın olub. Mediaxeberleri.Az xəbər verir ki, o, 11-ci turun "Fulhem" - "Mançester Yunayted" matçında çalışacaq. Bu, zərif ədalət təmsilçisinin karyerasındakı ilk belə hadisə deyil. O, 2021-ci ildə kişi futbolçuların oyununu idarə edən ilk qadın hakim kimi tarixə düşüb. Eyni zamanda, ölkə kubokunda da ədaləti qoruyan ilk xanım olub.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: