Mediaxeberleri.az
    
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"

Son xəbərlər :
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • Daha bir boksçumuz Avropa çempionu oldu: Milli komanda rekord sayda medal qazandı
  • Surxay Hüseynli vəfat etdi
  • Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTO
  • Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
  • Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 1675-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
  • Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
  • Metroda nasazlıq: qatar tuneldə qaldı
  • Bakıda forum: bu mövzuda panel sessiya keçirildi
  • Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
  • 9 ay əvvəl təyin olunmuşdu: “Xankəndi” ilə yolları ayırdı
  • Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirdi - Foto
  • Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
  • Azərbaycan və Türkiyə arasından ümumi investiyaların həcmi açıqlandı
  • Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
  • Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edildi
  • Valideynlərdən keçən 10 irsi xüsusiyyət
  • Bu Agentlikdə bir neçə yeni kadr təyinatı olub - ADLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sankt-Peterburqda azərbaycanlılara məxsus biznes güc strukturlarının hədəfində - ARAŞDIRMA

  • Tarix: 2-11-2023, 09:05

Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində azərbaycanlılar əleyhinə təbliğat və təxribat tam sürətlə davam edir. Belə ki, oktyabrın 15-dən başlayaraq əvvəlcə Rusiyanın teleqram kanallarında, sonra isə media resurlarında start götürən anti-Azərbaycan kampaniyası artıq yeni mərhələyə qədəm qoyub.

“Sankt-Peterburqda azərbaycanlılardan ibarət mafiya yerli sakinlərə hücum edir”, “Azərbaycanlı quldur və millətçi dəstələri” başlıqlı xəbərlərlə ölkə ictimaiyyətində azərbaycanlılar əleyhinə mənfi fikir formalaşdırmağa cəhd edən qüvvə bu dəfə də Sankt-Peterburqdakı həmvətənlərimizə məxsus biznes sahələrini hədəf alıb. Azərbaycanlılara aid restoran biznesi şəbəkələrinə polis reydi, həmvətənlərimizin toy mərasiminə “OMON” basqını müntəzəm xarakter almağa başlayıb. Güc strukturlarının həmvətənlərimizə məxsus biznesi hədəf almasının detallarını və pərdəarxası məqamlarını APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov araşdırıb.

Son iki həftədə Rusiyanın mədəniyyət paytaxtı hesab edilən Sankt-Peterburqda heç də mədəniyyətə xas olmayan hadisələr baş verməkdədir. Belə ki, yeniyetmə azərbaycanlılardan ibarət bir qrup şəxsin teleqram sosial şəbəkəsində yayılan küçə videolarını şişirdərək milli zəmində cinayət kimi təqdim edən qüvvə baş verənlərə görə Sankt-Peterburqda yaşayan bütün azərbaycanlıları cəzalandırmaq qərarına gəlib. Artıq bir neçə gündür ki, “OMON”, “SOBR” kimi xüsusi təyanatlı polis dəstələri tərəfindən müntəzəm olaraq həmyerlilərimizin biznes obyektlərinə basqınlar, reydlər həyata keçirilməkdədir.

Polis basqınının həyata keçirildiyi obyektlər arasında Sankt-Peterburqun azərbaycanlılara məxsus “Bakinskiy dvor” və “Nevskaya jemçujina” restoranlarını misal göstərmək olar. Həmin obyektlərdəki polis reydinin görüntülərini əldə etmişik.

Oktyabrın 30-da Sankt-Peterburqun güc strukturları bütün hədləri aşaraq azərbaycanlılara qarşı daha iyrənc təxribata əl atıb. Belə ki, “Kurakina daça” restoranında həmyerlilərimizə məxsus 500 nəfərlik toy mərasiminə basqın təşkil olunub. Maskalı xüsusi təyinatlı polis qüvvələri və digər güc strukturları nümayəndələrinin toyun keçirildiyi restorana basqınını əks etdirən görüntülər Rusiyanın sosial şəbəkələrində geniş yayılıb.

Həmin toyun iştirakçılarının təqdim etdiyi videolardan da məlum olur ki, güc strukturları kişi, qadın, uşaq demədən azərbaycanlılara qarşı çox kobud rəftar ediblər. “Məmmədov” soyadlı cinayətkarın axtarışı adı altında toyda iştirak edənlərin sənədləri yoxlanılıb, toy sahibindən mərasimin yarımçıq kəsilməsi tələb olunub. Bütün xahişlərə baxmayaraq, toyun davam etdirilməsinə icazə verilməyib.

Toy mərasiminin sahibi, bəyin anası Lena Bagirova hadisədən iki gün keçməsinə baxmayaraq hələ də şokda olduqlarını söyləyib:

“Mən üç oğlan anasıyam. Bir ana kimi övladımın toyunu çox arzulayırdım. Oktybarın 30-da oğlumun toyu idi, hansı ki, həmin toyu korladılar. Bizi toyu arzuladığımız kimi keçirməyə imkan vermədilər. Oğlum və gəlinim göz yaşları içində restoranı tərk etdilər. Bütün qonaqlar şokda idilər. İki gün keçib, lakin biz hələ də özümüzə gələ bilməmişik. Qonaqlarımızın qarşısında çox utanırıq. Biz onlardan baş verənlərə görə üzr istəyirik. Biz qanuna riayət edən Rusiya vətəndaşlarıyıq. Heç kəsə pislik etməmişik, lakin buna baxmayaraq bizim toyumuzu məhv etdilər. Mən heç bir valideynə yaşadıqlarımızı yaşamalarını arzulamıram”.

Bəyin atası Adilxan Nəsibov 30 ildir ki, Sankt-Peterburqda yaşadıqlarını və heç vaxt qanun pozuntusuna yol vermədiklərini söyləyib:

“Toy ömürdə bir dəfə olur. Oğlumun toyunu məhv etdilər. 30 ildir ki, Sankt-Peterburqda dinc şəraitdə yaşayırıq. Heç vaxt qanun pozuntusuna yol verməmişəm, övladlarım da mənim kimi…Baş verənlərə görə indi insanların gözünə baxa bilmirəm. Toyda iştirak edənlər hamı qorxu içində idi. Uşaqlar, qadınlar, yaşlılar. Bir çoxlarının vəziyyəti pisləşdi. Çox istərdim ki, bir də belə hallar təkrarlanmasın”, - deyə toy sahibi azərbaycanlılara qarşı heç bir səbəb olmadan, qanunsuz şəkildə güc tətbiq edən polis əməkdaşlarının cəzalandırılacağına, onlar barəsində tədbir görüləcəyinə ümid edir.

Axtardıqları cinayətkarı tapa bilməyən xüsusi təyinatlı polislər sənədləri qaydasında olmayan beş Azərbaycan vətəndaşını saxlayıblar. Onların Rusiyadan deportasiya olunacağı bildirilib.

Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin icraçı direktoru, hüquqşünas Rəşadə Orucova baş verən insidentin Sankt-Peterburqda millətlərarası münasibətlərə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıq doğurduğunu söyləyib:

“Buna imkan vermək olmaz. İnanırıq ki, baş verənlər Sankt-Peterburqda yaşayan azərbaycanlılara münasibətə təsir etməyəcək. Başa düşmək lazımdır ki, cinayətkarın milliyyəti və vətəndaşlığı olmur. Törətdiyi əmələ görə şəxsin milliyətini, vətəndaşlığını qabartmaq olmaz”.

Sankt-Peterburqdakı diasporumuz azərbaycanlıların toyuna müdaxilə edən güc strukturları əməkdaşlarının kobud hərəkətləri ilə bağlı prokurorluğa şikayət edəcək.

Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov məlum insidentlə bağlı bildirib ki, Rusiyada millətlərarası münasibətləri qızışdırmağa imkan vermək olmaz:

“Düşünürəm ki, dövlətlərarası səviyyədə bu məsələ həll olunmalıdır. Cinayətdə əli olan şəxs tutulub təhvil verilməlidir. Bununla da hər şey bitməlidir. Bir nəfərə görə bütün azərbaycanlıları cəzalandırmaq, incitmək olmaz. Bu qəbuledilməzdir. Heç kəs Rusiya ilə Azərbaycan xalqının arasını vura bilməz. Biz buna imkan verməyəcəyik”.

İndi gələk Rusiya polisinin axtardığı azərbaycanlı dırnaqarası “cinayətkar”a, 18 yaşlı azərbaycanəsilli Rusiya vətəndaşı Tural Məmmədova. Hansı ki, Rusiya mətbuatı Məmmədovu iki həftədən çoxdur bütün Sankt-Peterburqu qorxu içində saxlayan “Azərbaycanlı quldur dəstənin lideri”, yerli sakinlərə hücumların təşkilatçısı kimi təqdim edir. Yerli media Turalın Rusiyadan Azərbaycana qaçdığını yazır. Rusiya İstintaq Komitəsi isə Məmmədov barəsində xuliqanlıq, düşmənçilik və nifrət oyatma maddəsi ilə cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.

Əldə etdiyimiz məlumata görə, Tural hazırda Azərbaycan ərazisindədir. Onun Şəmkir rayonunda olduğu bildirilir. Rusiya isə Azərbaycandan Məmmədovun ekstradisiyasını tələb edir, cinayəta dair heç bir dəlil, sübut təqdim etmədən…

Sankt-Peterburqda azərbaycanlılara məxsus biznesə hücumların əsas səbəbi kimi məhz Tural Məmmədovun Azərbaycandan Rusiyaya ekstradisiyasının gerçəkləşməməsi göstərilir. Rusiyanın güc strukturları Məmmədovun ekstradisiya olunacağı günə qədər reydlərin davam edəcəyini bildirirlər. Yəni, bir nəfərin törətdiyi və ya törətməkdə şübhəli bilindiyi cinayətə görə bütün Sankt-Peterbuq azərbaycanlıları məsuliyyət daşıyırlar. Sovet təfəkküründə olduğu kimi, kollektiv məsuliyyət…


Oxunub: 428
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:33 | Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Bu gün, 22:24 | Daha bir boksçumuz Avropa çempionu oldu: Milli komanda rekord sayda medal qazandı
    Bu gün, 21:04 | Surxay Hüseynli vəfat etdi
    Bu gün, 20:47 | Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTO
    Bu gün, 20:45 | Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
    Bu gün, 20:43 | Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
    Bu gün, 20:41 | Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Bu gün, 18:50 | 1675-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Bu gün, 18:27 | Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
    Bu gün, 18:25 | Metroda nasazlıq: qatar tuneldə qaldı
    Bu gün, 18:11 | Bakıda forum: bu mövzuda panel sessiya keçirildi
    Bu gün, 18:06 | Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
    Bu gün, 18:05 | 9 ay əvvəl təyin olunmuşdu: “Xankəndi” ilə yolları ayırdı
    Bu gün, 18:03 | Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirdi - Foto
    Bu gün, 17:14 | Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
    Bu gün, 17:13 | Azərbaycan və Türkiyə arasından ümumi investiyaların həcmi açıqlandı
    Bu gün, 17:11 | Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
    Bu gün, 16:44 | Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edildi
    Bu gün, 16:42 | Valideynlərdən keçən 10 irsi xüsusiyyət
    Bu gün, 16:39 | Bu Agentlikdə bir neçə yeni kadr təyinatı olub - ADLAR
    Bu gün, 16:38 | Bu 3 nəfərin məhkəməsində ittiham aktı elan olunub
    Bu gün, 16:37 | Sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirildi
    Bu gün, 15:24 | Gələn ay Mətbuat Şurasının qurultayı keçiriləcək
    Bu gün, 15:19 | Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
    Bu gün, 15:14 | Əli Kərimli ömürlük həbs edilə bilər - İstintaq bitdi
    Bu gün, 14:29 | Hərbçimiz faciəvi şəkildə vəfat etdi - FOTO
    Bu gün, 14:26 | Komitə Lənkəranda ögey ata tərəfindən işgəncə görən 3 yaşlı uşaqla bağlı məlumat yaydı
    Bu gün, 13:26 | Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
    Bu gün, 13:24 | Sabah hava necə olacaq?
    Bu gün, 13:06 | Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanıldı
    Bu gün, 12:59 | Rusiyadan minlərlə adam Azərbaycana gəldi - Səbəb bu imiş
    Bu gün, 12:58 | Formula-1: Üçüncü sərbəst yürüş başladı
    Bu gün, 09:40 | Hakimin prokuror olmuş atası vəfat etdi
    Bu gün, 09:35 | Neft 105 dolları keçdi
    Bu gün, 09:25 | Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
    Bu gün, 09:09 | UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
    Bu gün, 08:56 | "Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim" - Rəqsanə
    Bu gün, 08:40 | Ukraynada azərbaycanlı ailəni sarsıdan faciə: Polis mayoru dron zərbəsinin qurbanı oldu - VİDEO
    Bu gün, 08:20 | Azərbaycan və Ermənistan diplomatları Nyu-Yorkda yenidən görüşdülər
    Bu gün, 07:53 | Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
    Bu gün, 07:51 | “Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı
    Bu gün, 07:49 | Üç BÜRCƏ şad xəbər
    Bu gün, 07:48 | Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb
    Bu gün, 07:47 | Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər
    Dünən, 22:43 | Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
    Dünən, 22:03 | Azərbaycan boksçusu Avropa çempionu olub
    Dünən, 21:29 | Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
    Dünən, 21:06 | Ödəniş kartları və elektron pulla bağlı AÇIQLAMA
    Dünən, 21:00 | Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
    Dünən, 20:58 | Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.