Kəmaləddin Heydərov: “Bir neçə yerdə birgə mərkəzlər yaradılacaq”
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq birgə mərkəzlərlə bağlı idi”. Mediaxeberleri.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib. Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda olacaq: “Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə birgə mərkəzlər olacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək”.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: