Azərbaycan futbolunda qalmaqal: Hakimlər oyunu yarımçıq qoyub qaçdılar
Futbol üzrə II Liqanın 9-cu turu çərçivəsində keçirilən "Göygöl" - "Sheki City" oyununda qalmaqal yaşanıb. Mediaxeberleri.Az xəbər verir ki, Göygöldə keçirlən matç yarımçıq qalıb. Buna Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadasının 83-cü dəqiqədə oyunu dayandırması səbəb olub. Referi 81-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Vüqar Əşrəflini simulyasiyaya görə ikinci sarı vərəqə ilə cəzalandırıb. Bu da "Göygöl" tərəfinin xoşuna gəlməyib. Nəticədə hakimə sərt şəkildə etiraz etməyə başlayıblar. Hətta bəzi futbolçular hakimlə mübahisə edib, ona fiziki təzyiq göstərməyə çalışıblar. Bu, uzun müddət davam etdiyindən, Rəcəbov oyunu dayandırıb və briqadasıyla stadionu tərk etmək qərarına gəlib. Qeyd edək ki, oyun dayanan zaman "Göygöl" hesabda geridə olub - 1:2