Ürəyinə stent qoyulan şəxs həkim otağının qarşısında öldü - VİDEO
6 nömrəli şəhər poliklinikasında bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib. Mediaxeberleri.Az xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stent qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib. Mərhum Məmməd Məmmədovun müayinə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirib ki, xəstə oktyabrın 26-da döş qəfəsindəki ağrıya görə gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb. Xəstəxanaların birində ürəyinə 2 stent qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq üçün poliklinikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: