Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
  • PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
  • Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
  • Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
  • İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Gülşad Baxşıyeva: “Tələbələrimdən qat-qat zəif aktyorlar “Azdrama”da səhnə alırlar” - MÜSAHİBƏ + FOTO

  • Tarix: 25-10-2023, 17:14

Hüseyn Cavid parkına düz vaxtında çatdıq. Uzaqdan tanıdım onu. Skamyada oturmuşdu - hərəkətsiz. Müsahibəni açıq havada etməyi qərarlaşdırmışdıq. Demişdi ki, belə havaları sevir...

- Gözlədiyimizdən daha soyuq oldu hava, - yaxınlaşıb salamlaşırıq.

- Eybi yoxdur, mən dekabrda doğulmuşam (gülümsəyir), mənim üçün xoşdur.

Qalxıb parkın içərisində yerləşən məkanların birinə üz tuturuq və elə açıq havada da otururuq.

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyevanın APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Gülşad xanım, sizi küçədə görəndə tanıyırlar?

- Köhnə nəsil tanıyır.

- Bəs indikilər?

- Tək-tük.

- Sizcə, bizə indi çay gətirəcək ofisiant da sizi tanıdı?

- Məncə, yox. İstəsəniz, soruşa bilərsiniz. Bu, mənim üçün problem deyil.

- Yaxşı, bəs bu köhnə nəsil sizi tanıyanda nə edir, nə soruşur?

- İnanın ki, əksəriyyəti eyni sualla gəlir: Siz o vaxt o bəxt üzüyünü neylədiniz? Deyirəm ki, vallah, o filmdə mənim üzüyüm olmayıb. Diqqətli olmaq lazımdır sadəcə. Burada itən qadının bəxtinin özüdür, taleyinin özüdür. Yaxud elə olur, avtobusda görürlər, təəccüb edirlər. Məsələn, bu yaxınlarda avtobusda xırda bir konflikt oldu, avtobusdakıların heç biri haqlı olan sərnişini müdafiə etmədi. Amma mən müdaxilə etdim, onun haqqını müdafiə etdim. Onda avtobusdakı reaksiya eynilə belə oldu: “Ay Gülşad xanım, sizi səsinizdən tanıdım! Siz eynən mənim kimisiniz, haqsızlığa göz yuma bilmirsiniz”. Maraqlıdır ki, bunu deyənlərin heç biri səsini çıxarmamışdı.

Bilirsən, haqsızlığa susmaq, göz yummaq... sadəcə dəhşət. Belə şey olmaz, ola bilməz. Əslində, bizim millət həssas millətdir, amma bəzən elə olur ki, bu cür situasiyalar da yaranır, susan adamları da görürük. Sanki onlara bir siqnal lazımdır. Xatirinizdədir, yəqin, müharibə vaxtı... Biz millət olaraq nə etdik, necə etdik. Hamının üzündə, gözündə eyni sual vardı: Ay Allah, görəsən, necə olacaq? Cəbhədə indi vəziyyət necədir? Yaxud Türkiyədəki zəlzələ vaxtı. Heç uzağa getmirəm, öz universitetimizdə vəziyyət elə idi ki... Hamı narahat idi, hamı nigaran idi. Yəni bizim millətdəki həssaslığın keyfiyyəti, demək olar ki, bütün millətlərdən üstündür.

- Mən bilirəm, “Bəxt üzüyü” ilə bağlı suallar sizi yorub. Amma Gülşad Baxşıyeva ilə müsahibə edəsən, bu mövzuda sual verməyəsən, bir az qəribədir. Odur ki, məni üzrlü sayın: sizcə, Sara obrazını sizdən başqa kimsə sırf sizinki kimi canlandıra, obraza nəfəs verə bilərdimi?

- Oynaya bilərdi. Niyə də olmasın ki? Mən öz yanaşmamı göstərmişəm. Sara adında qadını elə görmüşəm, elə hiss etmişəm və canlandırmışam. Bilirsən, aktyor, aktrisa obrazı görmədisə, oynaya bilməz. Mən o qadının prototipini görmüşəm: bizim qonşuluqda yaşayırdı. Gecə-gendüz işləyir, əri isə içir-çəkir, küçədə yatır, amma bütün bu zülmə dözürdü. Niyə? Uşaqlarının atasıdır deyə.

- Gülşad xanım, filmdə sizin tərəf müqabiliniz Ayşad Məmmədov da sizin kimi eyni taleyi yaşadı. Həm o, həm də siz eyni filmdən bir obrazla yadda qaldınız. Teatr fəaliyyətiniz, digər filmlərdə olan rollarınız sırf bu filmdəki obrazın kölgəsində itdi.

- Bilirsən, televiziya, yəni görüntü anlayışı özü bir təbliğat maşınıdır. Bir filmə milyonlar baxır. Bəs teatr tamaşasına? Bunlar müqayisə olunmaz şeylərdir. Amma mən teatrla tanınmışam.

- Şəki Teatrının yaradıcılarından birisiniz.

- Bəli. Orada insanlar teatra axın edirdilər, axın. Elə bir maraq göstərirdilər ki... Bu həm də ona görə idi ki, getməyə başqa yerləri yox idi. Deyirdilər, Gülşad xanım ki səhnəyə ayağını basdı ha! Rolu ki, iştahala oynadı ha! Onun səsi ki var ha!

Bir qədər dayanır... Bu vaxt ofisiant çaylarımızı gətirir.

...Onda “Bəxt üzüyü” yox idi. Onda Sara yox idi. “Bəxt üzüyü” mənim Bakıya gəlişimdən sonra olub. Və filmin təbliğat gücü teatrdan çoxdur, bu normaldır. O vaxt aktyorları teatrdan, oradakı rollarından tanıyırdılar. Adamlar teatra getmək üçün xüsusi paltar tikdirirdilər, elə bil ziyafətə gedirdilər.

- İndi necədir vəziyyət? Teatrlara maraq həmənkidir?

- Maraq olmağına var. Amma dediyimiz kimi məxsusi deyil.

- Bəs Şəki Teatrının indiki vəziyyətindən xəbəriniz varmı? Orada vəziyyət necədir?

- Təbii ki, əvvəlki maraq yoxdur. Teatr həmişə teatrdır və hər zaman maraq var. Sadəcə məsələ odur ki, teatrlardakı ümumi vəziyyətə görə müəyyən axsamalar ola bilər. Yaradıcı heyət işləyir, çalışır - mən Şəki Teatrından danışıram, amma nədənsə camaat gəlmir, əvvəlki kimi maraqlı deyillər.

- Gülşad xanım, “Nədənsə” deyirsiniz. Bu suala cavab verəcək adamlardan biri də, məncə, sizsiniz axı.

- Mən, vallah, sıravi adamlara sual verirəm: niyə getmirsiniz? Cavab bilirsiniz, nə olur? Əvvəlki dadı yoxdur.

- Bax yenə də bu cavabdan sizə uyğun sual yaranır: doğrudanmı, gənc nəsil əvvəlki dadı verə bilmir?

- Yox, gəlin gənclər haqqında ümidsiz danışmayaq. O bəzi ağzıgöyçəklər onlar haqqında nə gəldi, necə gəldi danışırlar. Siz adicə bizim diplom işlərimizə gəlin, baxın. Görün orada gənclər nələr edir, nələr göstərir. Bilirsiniz, burada ən həssas nöqtə nədir: həmin o gənclərin məzun olduqdan sonrakı halı. Bu gənclər gedib teatr tapacaqmı? Teatrlarda o gənclərə yer veriləcəkmi? Rejissorlar həmin gənclər üçün, onların yetişdirilməsi üçün repertuar quracaqlarmı?

- Şəki Teatrında bütün bunlar nəzərə alınırdı. Və ona görə də uğurlu idi, nəticədə, aktyor yetişirdi, püxtələşirdi.

- Baxın, indiki seriallarla aktyor püxtələşə bilər? Qətiyyən! Mümkün deyil! Bir aktyor nəsə bir neqativ rol oynayır, vəssalam. Ondan sonra silsilə bütün seriallarda həmin adamı görürük, eyni obrazı görürük. Nə qədər olar axı? Mövzular nədir? Evin içi, qaynana-gəlin, ana-kürəkən, qayınata-quda... Biz məişət mövzularından nə vaxt çıxacağıq? Bu mövzular nə qədər olacaq? Nə vaxta qədər olacaq?

- Elə olur, növbəti serialın ssenarisi elə çəkiliş meydançasında yazılır.

- Bəli, bəli. Çünki mövzular budur. Bəsitdir. Bayağıdır. Bəs deyil?

Hazırda mən birinci kurslarla tələbələrin fantaziyalarının inkişafı üçün sərbəst mövzu işləyirəm. Parkda bir heykəl dayanıb.

Susur və bir müddət həmin heykəl kimi dayanır.

Deməli, sual budur: bu heykəl niyə bu formada dayanıb? Bu sualın ətrafında düşünürük. Parka, həmin heykəlin yanına müxtəlif təyinatlı adamları gətiririk və bu adamları tələbələr öz başa düşdükləri kimi oynayırlar. Hər şeydə bir məntiq olmalıdır. Məntiq əsasdır. Tələbələrə bunu izah edirəm. Məntiq. Bilirsən, birinci kursda tələbəyə yol göstərmək lazımdır, özü tapmalıdır, axtarışda olmalıdır, doğrudur, amma bəs müəllim nə üçündür? İstiqamət verməlidir. Bizim işimiz budur.

Çox-çox istedadlı uşaqlar var, çox. Mənim keçənilki qrupum necə fərqli idi, necə bir qrup idi. Bilirsən, onları nə Azərbaycan Dövlət Dram Teatrına (Azdrama), nə Gənc Tamaşaçılar Teatrına buraxdılar. Yaxın qoymadılar. Mən bunları deyirəm, deməkdən çəkinmirəm. Aktyora deyiblər ki, sənin nə boyda boyun var? “Azdrama”lıq aktyor üçün deyilən sözdür e bu. Beləcə, aktyorlar məhv olur, gənclər məhv olur. Mən sizi qəti şəkildə əmin edirəm, Əliağa Ağayev səviyyəsində tələbəm olub, adı Əbülfəz. İndi bilirsən haradadır? Orada-burada, harada iş var, ora gedir. Belə şey olar? Olmaz. Belə aktyor yetişər? Yetişməz. Aktyor birinci teatrda olmalıdır, teatrda bişməlidir. Orada-burada yox. Yəni demək istədiyim odur ki, potensiallı uşaqlar it-bat olur, heç kəs dəyər vermir. Çünki indiki rejissorlar üçün teatrlara gələn aktyorlar maraqlı deyil. Mən bu qənaətə boşuna gəlməmişəm e. Maraqlı olsa, bilirsən, nə edərdilər? Gəlib diplom tamaşalarında oturardılar, aktyor kəşfinə çıxardılar. E-dil-mir!

Mənim tələbələrimdən qat-qat zəif olan aktyorlar “Azdrama”dadır, orada səhnə alırlar. Sual verirəm: niyə? Bilmirəm.

- Gülşad xanım, müəllim kimi çox tələbkar olduğunuzu deyirlər. Bu tələbkarlığınız barədə bəzən giley-güzar edənlər də olur.

- Bilirsən, məsələ nədir? Mən hər il birinci kurs tələbələrinə deyirəm: siz buraya necə gəlmisiniz, necə qəbul olmusunuz, mənə maraqlı deyil – bəzən elə olur ki, elə balları düşür deyə, oranı seçirlər. Amma fakt bu gün, bu dəqiqə mənim tələbəmsiniz, ona görə də bu 4 il ərzində mən nə çalsam, ona da oynayacaqsınız (Bir az dayanır - red.). Səhv deyirəm?

- Yox.

- Vəssalam.

- Sonuncu teatr tamaşanız hansı olub?

- Vallah, dəqiq xatirimdə deyil, 2000-ci illər idi, amma bu dəqiqdir (gülür).

- Bəs niyə bu qədər zaman? Dəvətlər gəlirmi?

- Bu, mənim qürurumdan asılı məsələdir. Mən Şəkidən Bakıya gəldim, Gənclər Teatrında 3-4 rol oynadım. Sonra ailə vəziyyətimlə əlaqədar “Azdrama”ya getdim, 3 il orada işlədim və bu 3 il ərzində cəmisi bir rol verdilər. Nəticədə, yenidən Gənclər Teatrına getməli oldum və orada 3 ciddi rol oynadım. Elçinin “Ölüm hökmü”, məsələn. Amma yenə də elə oldu ki, orada da daha rol verilmədi mənə, bir növ, təxirə salındım. Bilirsən, mənim xarakterim belədir ki, kimsə məni bəyənmirsə, görmürsə, mən zorla onun qolunu tutub demirəm ki, mənə bax, məni gör. Xeyr! O adam mənə qapını bağlayırsa, mən içəridən qapını ümumiyyətlə kilidləyirəm. Öz-özümə düşündüm: bu nə deməkdir? “Azdrama”da məni təxirə salırlar, nə bilim, hansısa aktrisanın xoşuna gəlməmişəm və guya o mənim taleyimi həll edir? Yox! Mən imkan verə bilməzdim, bu şansı onlara verə bilməzdim. Onlar kimdir ki? Dedilər ki, üç ay sonra gələrsən, dedim, mən bir daha bu qapını açmayacağam. Və getdim Gənclər Teatrına. Orada da gördüm ki, vəziyyət ürəkaçan deyil, gərək hansısa qruplaşmanın üzvü olasan. Mən həyatı boyunca heç bir qruplaşmanın üzvü olmamışam. Nəticədə, oranın rəhbərliyinə də ürəyimdən keçən yağlı sözlərimi dedim və qapını çırpdım. Və yenə də öz-özümə hesabat verdim: Gülşad, sən dramatik aktrisasan, sən bundan sonra meylini kinoya yönəltməlisən. İndiyə kimi teatrda, xüsusilə Şəki Teatrında etdiyini etmisən. Hansı ki Rusiya teatr tənqidçiləri haqqımda qalaq-qalaq yazılar yazmış, fikirlər söyləmişlər. Yaxşı, bu qədər rol, bu qədər obraz, hanı? Hansı qalıb? Hansı var əldə? Heç biri. Ona görə də kino.

- Nəticə?

- Nəticə odur ki, hər dəvət olunan filmə getmirəm. Ssenari özümün xoşuma gəlməlidir. Məsələn, hazırda telekanalların birində “Sara“ adlı serial var. Orada mən tamamilə ayrı temperamentdə bir obraz canlandırmışam. Mən indiyə kimi elə bir rol oynamamışam. O obraza baxan, mənim oyunuma baxan deməlidir ki, bu aktrisa, bunu oynayan aktrisa necə bir aktrisadır. Bizimkilər deyirmi? Demir. O serialın rejissoru yerli deyil. Mən hər dəfə ağır bir səhnədən çıxandan sonra məni izləyir, gözü üzərimdə olur. Niyə? Çünki ona maraqlıdır ki, bu adam girdiyi obrazdan necə çıxır, tez çıxırmı, gec çıxırmı, obraza ürəklə yanaşır, yoxsa texniki? Bunların tədrisini edirəm mən.

Söhbətimizin bu yerində ofisiant çayları təzələmək üçün yaxınlaşır. Gülşad xanım, onu görər-görməz irad tutur.

- Bu çayda kəklikotu yoxdur, məni aldatma!

Ofisiant çaynikin qapağını götürür və kəklikotunu göstərir.

- Onda bu dağ kəklikotusu deyil, dadı hiss edilmir...

...o rejissor mənim haqqımda deyirdi ki, mən Amerikada, Hindistanda, Pakistanda da filmlər çəkmişəm, belə bir aktrisa görməmişəm. Amma burada bu etirafı edən var? Yoxdur. Bizdə yaxşı aktyora, aktrisaya qiymət verən yoxdur.

- Danışdığımız serialdan aldığınız qonorar necə, sizi qane etdi?

- Vallah, mən davamlı seriala çəkilməmişəm deyə, bilmirəm, yəni müqayisə edə bilmərəm. Məsələn, başqa bir televiziya kanalında “Qayınana” serialında da çəkilmişdim, sonra elə oldu, universitetlə onu çatdıra bilmədim. Amma xatirimdədir ki, o vaxt hər çəkilişimə 100 manat verirdilər. İndi mən bilmirəm, başqalarına nə qədər veriblər? Amma bilirdim ki, məndən çox alanlar da var idi.

Bu seriala çəkilmək təklifi gələndə soruşdular ki, nə qədər istəyirsiniz? Cavabım bu oldu ki, bir milyon.

Əllərini yana açıb gözləyir.

Bilirsən, hər şeyin üstündən xətt çəkmək olmaz. Kimsə komandadan geri qalıbsa, deyə bilməz ki, proses yoxdur. İndi deyirlər e, kino yoxdur, film yoxdur, bunu deyən adamlar həmin prosesdən kənar qalanlardır.

- Gülşad xanım, ötən il iki film çəkilib cəmi.

- Film üçün yaxşı pul lazımdır. Kino həm də biznesdir. Filmi çəkmək üçün maliyyə lazımdır. Var? Yoxdur. Niyə yoxdur? Bax onu artıq bilmirəm. Və bunun səbəbini araşdırmaq mənim işim deyil. Bax sizə deyim, mənim tələbələrimdən biri qısa bir film çəkmişdi, məni də dəvət etmişdi, Ayşad Məmmədovu da. O qısa filmi apardı, hansısa festivalda yer tutdu, mükafat aldı. Amma indi xirtdəyə qədər borcun içindədir.

Mən çəkilsəm də, çəkilməsəm də, proses gedir. Bu dəqiqdir. Rusiyada biznesmenlərin əksəriyyəti film sənayesinə pul buraxır. Bizdə belə bir şeyi təsəvvür edirsiniz? Mümkün deyil.

- Son sualımdır: oynamaq istədiyiniz, ürəyinizdə qalan rol var?

- Düzü, yox. Ürəyimdə nəsə qalmayıb. Amma versələr, oynayaram. Söhbət yaxşı, sanballı roldan gedir. Bilirsən, mən yaradıcılığım boyu elə rollar oynamışam ki, bundan belə artıq oynayıb-oynamayacağım rolu özüm seçirəm. Sizə deyim ki, serialdakı obrazım təzədən mənim bütün sinir sistemi oynatdı. Mənim çəkilən səhnələrdəki həyəcanım, ağlamağım... nəticədə, sakitləşdirici həblər qəbul edirəm. Yəni belə. Yaşasın sənət!

Gülşad xanımla söhbəti yekunlaşdırırıq. Bizimlə sağollaşıb yenidən parka, sevdiyi bomboz hava ilə baş-başa qalmağa tələsir.

Bu vaxt ofisiant masaya yaxınlaşır və tərəddüdlə soruşur:

- Deyəsən, Gülşad xanım çayımızı bəyənmədi, hə?

Bayaqdan bəri masamızın ətrafından əl çəkməyən pişiyi sığallaya-sığallaya ötəri cavab verirəm:

- Belə da…

Ofisiant başını bulayıb məyus halda masanı yığışdırır. Dodaqlarının ucundasa giley dolu mızıltısı: “Ömründə bircə dəfə belə qonağın ola, onda da...”


Oxunub: 995
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Dünən, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Dünən, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Dünən, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Dünən, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Dünən, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Dünən, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Dünən, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Dünən, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Dünən, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Dünən, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Dünən, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Dünən, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Dünən, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Dünən, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Dünən, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Dünən, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Dünən, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Dünən, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Dünən, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Dünən, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Dünən, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Dünən, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Dünən, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Dünən, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Dünən, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Dünən, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Dünən, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Dünən, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Dünən, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Dünən, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Dünən, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Dünən, 11:57 | AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
    Dünən, 11:56 | ƏMƏK PENSİYASI ALA BİLMƏYƏNLƏRİN SAYI ARTIR – 180 minə yaxın vətəndaş 220 manat alır...
    Dünən, 11:31 | QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB... - 1800 - 2100 manat maaş təklif olunur + TAM SİYAHI
    Dünən, 10:53 | “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.